Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Monetri BOKT MMC

Biznes kreditlər üzrə təcrübə proqramı

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

Xırdalanda biznes kreditləri üzrə təcrübə proqramı mikro kreditlər, müştəri cəlbi və satış yönümlü iş üçün nəzərdə tutulub. Əsas vəzifələr Sahədə aktiv müştəri axtarışı aparmaq və potensial müştəriləri cəlb etmək; Ərazi üzrə sahibkarlıq subyektlərini araşdırmaq, potensial müştərilərlə görüşlər keçirmək və yeni müştəri bazası yaratmaq; Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək; Müştərilərlə danışıqlar aparmaq; Müştəri şəbəkəsinin genişləndirilməsinə dəstək vermək; Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək; Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək; Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək; Aylıq satış planlarını yerinə yetirmək. Tələb olunan keyfiyyətlər Kreditlərlə bağlı bilik və təcrübə; Təhlil etmə və ünsiyyət qurma bacarığı; Analitik düşünmə qabiliyyəti; Müştəri ilə işləmək bacarığı; Komanda ilə işləmək bacarığı; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək. Xüsusi tələblər Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı; Yaş həddi: 22-35; Fərdi və komanda tərkibində işləmə qabiliyyəti. İş şəraiti Əmək haqqı: 400 AZN; İş qrafiki: 09:00 - 18:00, Bazar ertəsi - Cümə; Azərbaycan Respublikası ƏM tələblərinə uyğun rəsmiləşdirilmə; Korporativ nömrə ilə təmin edilmə. Müraciət qaydası Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini “Mikro biznes kreditləri üzrə Təcrübə proqramı (Xırdalan)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvana göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.