Vakansiya haqqında
Komandamıza təcrübəli kopirayter tələb olunur.
Tələblər
Kopirayter kimi 3-4 il agentlik təcrübəsi;
Sİ alətləri ilə səmərəli və “insanbeyinli” işləmək bacarığı;
Azərbaycan dilində istənilən mövzuda yazı hazırlaya bilməsi, ingilis dilini isə araşdırma aparmaq və təqdimat etmək səviyyəsində bilməsi;
Kommunikasiyanın əsas prinsiplərindən xəbərdar olması;
“Out of box” düşüncə tərzinə sahib olması və portfoliolda bu tip işlərin yer alması;
Böyük brendlər və qlobal markalarla işləməyin məsuliyyətini dərk etməsi.
Vəzifə öhdəlikləri
Yerli və qlobal markalar üçün kreativ konseptlərin hazırlanması;
TV və radio, digital, SM, outdoor və radio daxil olmaqla bütün kommunikasiya kanalları üçün mətnlərin yazılması;
SM kontentinin hazırlanması və kopirayterlərə istiqamət verilməsi;
Rəqəmsal kampaniyalar üçün kreativ ideyaların təklif edilməsi;
Təqdimatların hazırlanması və ideyaların müştərilərə çatdırılması.
Vəd edirik
Qlobal markalarla işləmək imkanı;
Təcrübə və bacarıqlarla uyğun, bazar rəqabətli əməkhaqqı;
Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu iş mühiti;
Şəhərin mərkəzində yaradıcı işlərə ilham verən ofis.
Əgər axtardığımız kopirayterin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “Kopirayter” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
