Vakansiya haqqında
Salyanda problemli kreditlər üzrə mütəxəssis vakansiyası üçün namizəd axtarılır.
Vəzifə tələbləri
Azərbaycan və rus dillərində sərbəst danışıq səviyyəsi;
Hüquq ixtisası üzrə ali təhsil arzuolunandır;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə və riyazi təhlil qabiliyyəti;
Stress şəraitində işləmək bacarığı;
Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı.
İşin təsviri
Kredit ödənişində gecikmə olan borcalan və zaminlə əlaqə saxlamaq;
Təhkim edilmiş portfelə gündəlik nəzarət etmək;
Verilmiş kredit portfeli üzrə borcların yığımını təmin etmək;
Gecikmiş ödənişlər üzrə borcalan, zamin və girov qoyana rəsmi bildirişlər göndərmək;
Əlaqə saxlamaq mümkün olmayan borcalanlar və onların zaminləri barədə əlavə əlaqə vasitələri əldə etmək;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;
İş fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
İş şəraiti
İş saatı: 09:00-dan 18:00-dək;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş yeri: Salyan şəhəri;
Əmək haqqı: razılaşma yolu ilə.
Müraciət qaydası
Tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvanına “Problemli kreditlər üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
