Vakansiya haqqında
Elektrik vakansiyası Bakı üçün təqdim olunur və texniki avadanlıqların təmiri, elektrik sistemlərinin istismarı üzrə namizədlər axtarılır.
Vəzifə öhdəlikləri
Texnikaların və avadanlıqların təmirini həyata keçirmək, onların profilaktik baxımını aparmaq;
Avadanlıqlarda yaranan texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiqi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmirini həyata keçirmək;
Torpaq altı kabel xətlərinin çəkilişini yerinə yetirmək;
Kabel kanallarının çəkilişini həyata keçirmək.
Tələblər
Aidiyyəti sahə üzrə diplom və ya sertifikat mütləqdir;
Elektrik cihazlarının iş prinsipini bilmək;
Elektrotexniki materialların növlərini, xüsusiyyətlərini və təyinatını bilmək;
Elektrik avadanlıq və qurğularının quraşdırılması və istismarı barədə biliyə sahib olmaq;
Elektrik avadanlıq və qurğularının sökülməsi və təmiri üzrə biliklərə malik olmaq;
Aidiyyəti sahə üzrə minimum 3 il iş təcrübəsi.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
