Vakansiya haqqında
Bakıda logistika sahəsində qapançı dispetçer vəzifəsi üzrə vakansiya təklif olunur.
Şöbə və iş rejimi
Şöbə: Logistika
İş vaxtı: Tam iş vaxtı
İş yeri: Holcim zavodu
Vəzifə öhdəlikləri
Daxili Daşınma üzrə Menecerin və Logistika şöbəsinin verdiyi tapşırıq və göstərişlərə əməl etmək.
Sürücülərin ƏMTT qaydalarına uyğun işləməsinə və fərdi mühafizə vasitələrindən istifadə etməsinə nəzarət etmək.
Sement və klinkerin müştərilərə vaxtında çatdırılmasını təmin etmək.
Sistemdəki sifarişləri nəqliyyat vasitələri üzrə bölüşdürmək və yükləməyə növbəli buraxılışı təşkil etmək.
Hər bir yük maşınında GPS-in olmasına nəzarət etmək.
Schenk və Logon proqramlarında iş prosesini aparmaq, hər hansı çətinlik yarandıqda Baş dispetçeri yazılı və şifahi şəkildə məlumatlandırmaq.
Sistemdə vaqonların qeydiyyatını aparmaq, həm daxili, həm də ixrac üzrə məlumatları izləmək.
Xammal, alternativ enerji mənbələri və ixrac olunan məhsullar üzrə qeydiyyatı düzgün şəkildə aparmaq.
İstifadədə olan avadanlığın səmərəli işlədilməsinə və lazımi qaydada saxlanmasına nəzarət etmək.
Altlıqların zavoda geri qaytarılmasını təşkil etmək və qaytarılan altlıqları sistemə əlavə etmək.
Logistika şöbəsinin prosedurlarını həm öz işində, həm də rəhbərliyi altında olan əməkdaşlara tətbiq etmək.
Baş Dispetçer olmadıqda onun vəzifələrini icra etmək.
Yüklü şəkildə gələn nəqliyyat vasitəsinin tərəzidə düzgün dayanmasına, yükün və yüklənmənin düzgünlüyünə nəzarət etmək.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
İş mühitində və fəaliyyət göstərilən sahədə nizam-intizamı və təmizliyi qorumaq.
Zavoda daxil olan xammal və sement maşınlarını qeydiyyata almaq, müvafiq hesabatları hazırlamaq.
Müştərilərdən geri qaytarılan təsdiqlənmiş yük nəqliyyat qaimələrini toplamaq və Logistika şöbəsinin aidiyyəti əməkdaşlarına təhvil vermək.
Özü və ətrafdakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydalarını tam bilmək və onlara ciddi əməl etmək.
Əməyin mühafizəsi, əmək nizam-intizamı, yanğından mühafizə, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə normalarına riayət etmək.
Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək.
Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə atmadığı halda yerinə yetirmək.
Tələb olunan keyfiyyətlər
Peşə və ya orta ixtisas təhsili.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Azərbaycan dilində sərbəst danışıq bacarığı.
İngilis dilini bilən namizədlərə üstünlük verilir.
Müraciət qaydası
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində mütləq Qapançı Dispetçer yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq, namizədlərə bərabər imkanlar təqdim olunacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
