Vakansiya haqqında
Bakıda tədbir dizaynı və 3D modelləşdirmə sahəsində yaradıcı yanaşmaya malik dizayner axtarılır.
İş haqqında
AMBIANCE Planning & Decor toy, özəl tədbirlər, korporativ tədbirlər və brend təqdimatları üçün kreativ tədbir planlaşdırma və dekorasiya xidmətləri göstərən şirkətdir. Komandamıza estetik baxışı güclü, yaradıcı düşüncəli və 3D modelləşdirmə bacarıqlarına malik dizayner tələb olunur.
Vəzifə öhdəlikləri
Tədbir məkanlarının 2D və 3D formatda layihələndirilməsi;
Səhnə, fotozona, dekorativ konstruksiyalar və digər tədbir elementlərinin dizaynı;
Kreativ konseptlərin və fotorealistik 3D vizualların hazırlanması;
Moodboard və konsept təqdimatlarının hazırlanmasında iştirak;
Texniki çertyojların, ölçülərin və istehsalat üçün lazım olan materialların hazırlanması;
Layihələrin real istehsal və quraşdırma imkanlarına uyğunlaşdırılması.
Namizədə tələblər
AutoCAD proqramında işləmə bacarığı;
3ds Max və/və ya SketchUp proqramlarında modelləşdirmə bacarığı;
V-Ray, Corona Renderer, Lumion və ya digər render proqramları ilə işləmək üstünlükdür;
Məkan planlaşdırılması, materiallar və proporsiyalar barədə anlayış;
Kreativ yanaşma və yüksək estetik zövq;
Məsuliyyətli olmaq və müəyyən edilmiş son tarixlərə uyğun işləmək bacarığı;
Tədbir dizaynı, interyer dizaynı və ya memarlıq sahəsində təcrübə üstünlükdür.
İş şəraiti
İş yeri: Bakı, Azərbaycan;
İş qrafiki: çevik iş qrafiki (Flexible);
Əməkhaqqı: aylıq sabit əməkhaqqı, namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə;
Klassik 09:00–18:00 ofis rejimindən fərqli çevik iş modeli;
İşin xarakterinə və layihə tələblərinə uyğun planlama;
Zərurət olduqda komanda görüşlərində və layihə müzakirələrində iştirak;
Əsas diqqətin iş saatlarından çox görülən işin keyfiyyətinə və layihələrin vaxtında təhvilinə yönəldilməsi;
Kreativ və müxtəlifmiqyaslı layihələrdə iştirak;
Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “3D Designer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Portfolio təqdim edilməsi mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
