Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

EduVia

Psixoloq

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıtda psixoloq vakansiyası elan olunur. İş barədə Biz fərdi psixoloji xidmətlər və qrup əsaslı müdaxilələr sahəsində təcrübəli, peşəkar Psixoloq axtarırıq. Namizəd uşaq və ailə psixi sağlamlığı mövzusuna maraq göstərməli, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklərlə işləməkdə güclü bilik və təcrübəyə sahib olmalıdır. Əsas vəzifələr Sumqayıtda və yaxın ərazilərdə yaşayan layihə iştirakçıları olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının aparılması. Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının keçirilməsi. Layihənin metodologiyası və məqsədlərinə uyğun təlim-seminarlar və digər potensialın artırılması fəaliyyətlərinin icrası. Depressiya, narahatlıq və digər emosional və davranış çətinlikləri də daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi. Həm təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində işləmək. Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq. Namizədə tələblər Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil. Magistr və ya daha yüksək dərəcə üstünlükdür. Psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya, sertifikat və ya onu əldə etmək hüququ. Fərdi terapiyaya aydın fokus olmaqla psixoloji və psixososial dəstək sahəsində minimum 5 il peşəkar iş təcrübəsi. Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər və dinamika ilə bağlı məsələlər üzrə iş təcrübəsi. Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər. Güclü fasilitasiya, kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları. Azərbaycan dilini mükəmməl bilmək tələb olunur, ingilis dili biliyi üstünlükdür. Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara, o cümlədən məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. ciddi riayət etməklə müstəqil və komanda daxilində işləmək bacarığı. Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır. Güclü təcrübə tələb olunan sahələr Fərdi təkbətək sessiyalar Qrup sessiyaları və ailə müdaxilələri Təlim-seminarlar Üstünlük hesab olunan əlavə bacarıqlar Sübutlara əsaslanan yanaşmalar üzrə təcrübə, o cümlədən travmaya fokuslanan koqnitiv-davranış terapiyası (CBT), ailə terapiyası, oyun terapiyası, ARC - Bağlılıq, Özünü Tənzimləmə və Bacarıqların İnkişafı yanaşması və ya oxşar metodlarla iş təcrübəsi. Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi. Təklif olunur Müqavilə müddəti: 12 ay İcmada uşaqların və ailələrin psixi sağlamlığına real təsir göstərmək üçün mənalı imkan Peşəkar superviziya və potensialın artırılması imkanları Hesabatlılıq Psixoloq birbaşa Layihə Koordinasiya Komandasına hesabat verəcək və fəaliyyətlərin vaxtında icrasına, eləcə də yüksək keyfiyyətli irəliləyiş hesabatlarının təqdim edilməsinə görə məsuliyyət daşıyacaqdır. Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom və lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Psixoloq vakansiyası – Sumqayıt” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.