Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azəralüminium MMC

Avtoyükləyici sürücüsü

GəncəMənbə: Vezife.az

Vakansiya haqqında

Gəncə İstehsalat Kompleksində avtoyükləyici sürücüsü vakansiyası üzrə işə qəbul elan olunur. Namizədə dair tələblər Müvafiq peşə üzrə bilik və bacarıqlara sahib olmaq; Avtoyükləyicini idarə etmək üçün tələb olunan sənədlərə malik olmaq; Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək; Tapşırıqları məsuliyyətli və intizamlı şəkildə yerinə yetirmək; Komanda ilə işləmək bacarığına sahib olmaq. Əsas vəzifə öhdəlikləri Avtoyükləyicini təyinatına uyğun və təhlükəsiz şəkildə idarə etmək; Yükləmə, boşaltma və materialların daşınması işlərini icra etmək; İşə başlamazdan əvvəl avtoyükləyicinin texniki vəziyyətini yoxlamaq; Aşkarlanmış nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək; Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək. “Azəralüminium”un əsas dəyərləri Texnoloji yenilik: çağdaş texnologiyaların tətbiq olunduğu, avtomatlaşdırılmış və dünya standartlarına uyğun müəssisədir; Dayanıqlılıq və sabitlik: ölkənin aparıcı alüminium istehsalçılarından biri kimi uzunillik təcrübəyə malik sabit müəssisədir; Rəqabətli sosial paket, qidalanma və nəqliyyat: sosial paket analoji bazarda ən yaxşı təkliflərdən biridir, qidalanma və nəqliyyat müəssisə hesabına təmin edilir; Sağlam mühit: müəssisədə münasibətlər peşəkarlıq və etimad əsasında qurulub. “Azəralüminium”da öyrənmək və inkişaf etmək üçün daimi imkanlar mövcuddur və bu, özünü sınamaq üçün yaxşı bir fürsətdir. Əgər siz məqsədyönlü, öyrənməyə açıq və biliklərini praktikada tətbiq etməyə həvəsli birisinizsə, sizi gözləyirik. Müraciət edən namizədlər arasından yalnız daha uyğun hesab olunanlar müsabiqəyə dəvət ediləcək. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Avtoyükləyici sürücüsü” qeyd etməklə Müraciət etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.