Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sinteks Group of Companies

Mağaza menecerinin köməkçisi (New Yorker)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Sinteks Şirkətlər Qrupu New Yorker brendi üzrə Bakı üzrə mağaza menecerinin köməkçisi vakansiyası üçün müraciətləri qəbul edir. Qeyd: Namizədlərdən tələbləri diqqətlə nəzərdən keçirmələri və CV-də uyğun bilik və bacarıqları aydın şəkildə göstərmələri xahiş olunur. Vəzifənin əsas məqsədi: Mağaza menecerinə satışın təşkili prosesində dəstək göstərməkdir. Vəzifə öhdəlikləri Müəyyən edilmiş qaydalara əsasən malların anbardan mağazaya daşınması və yerləşdirilməsinə dəstək vermək. Mağaza daxilində yaranan hər hansı vəziyyəti vaxtında aşkar etmək və həll etmək üçün check list-ə qeyd etmək. Təyin olunmuş sahələrdə əməkdaşların işini təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək. İş qrafiklərinə və davamiyyətə nəzarət etmək. Əməkdaşların xarici görünüşünün, o cümlədən uniforma, saç düzümü, makiyaj və gigiyena tələblərinin standartlara uyğun olmasını təmin etmək. Mağazanın satış hədəflərinə çatması üçün komanda ilə sıx əməkdaşlıq etmək. Mağazada malların qəbul prosesində iştirak etmək. Mağazadakı təmizlik işlərinə nəzarət etmək və onları idarə etmək. Əməkdaşların müəyyən olunmuş qaydalara uyğun olaraq mağazaya giriş və çıxış prosedurlarına əməl etmələrini təmin etmək. Professional biliklər Satışın təşkili MS Office proqramları Təhsil və iş təcrübəsi Orta təhsil (ali təhsil üstünlükdür) Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi Professional bacarıq və səriştələr İdarəetmə bacarıqları Nəticəyönümlülük Təşkilatçılıq Maraqlanan namizədlər Müraciət et düyməsində yerləşdirilmiş link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.