Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

Kiçik hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Kiçik hüquqşünas tələb olunur. Namizədin əsas vəzifəsi məhkəmə işlərinin sənəd dövriyyəsini və proseslərin koordinasiyasını təmin etməkdir. Vəzifə öhdəlikləri Məhkəmələrlə mütəmadi əlaqə saxlanılması və aid məsələlərin operativ şəkildə əlaqələndirilməsi; İddia ərizələrinin hazırlanması, yoxlanması və lazım gəldikdə düzəliş edilməsi; Məhkəmə qərarları və qətnamələr üzrə müvafiq düzəlişlərin aparılması; Məhkəmə sənədlərinin tərtibi, sistemləşdirilməsi və aidiyyəti üzrə təqdim olunması; Məhkəmə qrafiklərinin gündəlik hazırlanması, yenilənməsi və vaxtında müvafiq şəxslərə çatdırılması; Məhkəmə iclaslarının tarix və saatlarının izlənməsi, proseslərdə iştirakın vaxtında təmin edilməsi; Məhkəmə proseslərinin gedişinə nəzarət edilməsi və nəticələr barədə məlumatların toplanması; Məhkəmə işləri üzrə sənədlərin və məlumatların mütəmadi yenilənməsi və arxivləşdirilməsi; Məhkəmə prosesləri zamanı yaranan məsələlərin operativ həlli və aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi; Son tarixlərin izlənilməsi və tələb olunan sənədlərin vaxtında hazırlanmasının təmin edilməsi; Məhkəmə işləri ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. İş şəraiti İş qrafiki: Həftənin I–V günləri tam iş günü, şənbə günü qısa iş günü; Əmək haqqı: 800 AZN (Gross); İş yeri: 20 Yanvar metrosu yaxınlığı, Moskva prospekti 73A. Tələblər Hüquq üzrə ali təhsil; Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; Güclü ünsiyyət və təşkilatçılıq bacarığı; Müstəqil qərar vermək və operativ həll yolu tapmaq bacarığı; Stressə davamlılıq, diqqətlilik və məsuliyyətlilik; Komanda ilə işləmək bacarığı; Punktuallıq və işgüzar etikaya riayət etmək; Hüquqi sənədlərlə işləmək bacarığı. Əlavə məlumat Vakansiya növü: Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.