Vakansiya haqqında
Gözəllik salonunda resepşionist/administrator üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
Salona gələn qonaq və müştəriləri qarşılamaq, göstərilən xidmətlər barədə məlumat vermək;
Salon xidmətləri üçün rezervasiyaları və müştəri qeydiyyatını aparmaq;
Ustaların iş qrafikini koordinasiya etmək və rezervasiyaları düzgün şəkildə bölüşdürmək;
Telefon, WhatsApp və sosial şəbəkələrdən daxil olan müraciətləri cavablandırmaq;
Nağd və nağdsız ödənişləri qəbul etmək, kassa əməliyyatlarını həyata keçirmək;
Gündəlik rezervasiya, satış və ödəniş hesabatlarını hazırlamaq;
Müştəri məmnuniyyətini təmin etmək, şikayət və təkliflərə operativ yanaşmaq;
Salonun resepsion və gözləmə zonasının səliqəsinə nəzarət etmək;
Digər müraciətləri qəbul edib müvafiq əməkdaşlara yönləndirmək;
Salonun gündəlik inzibati və təşkilati işlərinin icrasında iştirak etmək.
Namizədə tələblər
Yaş həddi: 21–30;
Xüsusilə gözəllik salonu və ya uşaq əyləncə mərkəzində xidmət sahəsi üzrə iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı mütləqdir;
İngilis dili biliyi üstünlük hesab olunur;
Kompüter, kassa və qeydiyyat sistemləri ilə işləmə bacarığı;
Yüksək ünsiyyət mədəniyyəti və müştəri yönümlü yanaşma;
Uşaqlarla və valideynlərlə mehriban, səbirli davranış;
Komandada işləmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
Punktuallıq, məsuliyyətlilik, operativlik və səliqəlilik;
İş qrafikinə ciddi riayət etmək və tapşırıqları vaxtında yerinə yetirmək.
İş yeri və şərtlər
İş yeri: Bakı
Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur.
Müraciət qaydası
Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Resepşionist / Administrator” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
