Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Fairmont Baku

Rezervasiya üzrə nümayəndə

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Rezervasiya üzrə nümayəndə qonaq sorğularını operativ cavablandıran, rezervasiya prosesini dəqiq idarə edən və peşəkar ünsiyyət bacarığı olan mütəxəssisdir. Əmək funksiyası Nömrələrin rezervasiyası, qiymət təklifləri və otel barədə sorğuları telefon, faks və ya e-poçt vasitəsilə sürətli və peşəkar şəkildə cavablandırmaq. Rezervasiya interfeyslərini MRS (Mərkəzi Rezervasiya Sistemi) və MMS (Mülkiyyət Menecmenti Sistemi) arasında nəzarətdə saxlamaq və yeniləmək. Rezervasiya ilə bağlı təsdiqlərin vaxtında və dəqiq şəkildə qeydiyyatını aparmaq. Otaq gəlirini artırmaq məqsədilə gözləmə siyahısında olan rezervasiyalara nəzarət etmək və onları yenidən dəyərləndirmək. Xüsusi endirimli təklifləri yoxlamaq, izləmək və aidiyyəti əməliyyat şöbələri ilə paylaşmaq. Sənədlərin və təsdiqləmə məktublarının gündəlik qeydiyyatını aparmaq. Həftəlik rezervasiya şöbəsi iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək. Yaranan problem və ya sualları vaxtında həll etmək üçün dərhal birbaşa rəhbərə məlumat vermək. Geyim qaydalarına uyğun olaraq müəyyən edilmiş xarici görünüş tələblərinə əməl etmək. Şöbə daxili bütün təlimatları və siyasətləri anlamaq və onlara riayət etmək. Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Şöbənin digər əməkdaşlarına iş prosesində kömək göstərmək. Növbə ərzində hazırlanan bütün hesabatları tərtib edib birbaşa rəhbərə təqdim etmək. Tələblər Rezervasiya və ya otelin digər müvafiq sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Microsoft Windows və müvafiq kompüter proqramlarından yaxşı istifadə bacarığı. Yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması. Güclü təşkilatçılıq və problem həll etmə bacarıqları. Yüksək məsuliyyətli, etibarlı və detallara diqqətli olmaq. Qonaqların ehtiyaclarına həssas yanaşaraq hər zaman sakit, nəzakətli və peşəkar davranmaq bacarığı. Peşəkar telefon etiketi və Azərbaycan, ingilis və rus dillərini əla səviyyədə bilmək. Komandada işləmə bacarığı ilə yanaşı, sürətli iş mühitində müstəqil işləyə bilmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.