Vakansiya haqqında
Sumqayıtda yerləşən AYTA LTD MMC tikinti şirkəti ofis meneceri üzrə məsuliyyətli, gülərüz və ünsiyyətcil əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Müştərilərdən nağd və nağdsız ödənişləri qəbul etmək və qeydiyyatını aparmaq;
Qəbul olunan ödənişlər üzrə qəbzləri və müvafiq sənədləri hazırlamaq;
1C proqramında məlumatları işləmək, ödənişləri və əməliyyatları sistemə daxil etmək;
Müqavilələrin, hesab-fakturaların və digər sənədlərin hazırlanması və qeydiyyatına dəstək vermək;
Müştərilərlə telefonla və ofisdə nəzakətli, gülərüz və peşəkar ünsiyyət qurmaq, məhsul və xidmətlər barədə dolğun məlumat vermək, sualları əsaslandırılmış şəkildə cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri haqqında məlumatlandırmaq;
Ofis sənədlərini səliqəli saxlamaq və arxivləşdirmək;
Ofisdə səliqə-sahmanı və işgüzar mühitin qorunmasına dəstək göstərmək.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi mütləqdir;
1C proqramı üzrə yüksək səviyyədə bilik;
Ödənişlərin qəbulu və sənədləşmə işlərinə məsuliyyətli yanaşma;
Riyazi hesablama və rəqəmlərlə işləmə bacarığı;
Gülərüz, nəzakətli, səbirli və müştəriyönlü olmaq;
Dəqiqlik, dürüstlük və məxfilik qaydalarına riayət etmək;
Komandada işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək.
İş şərtləri
Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcək.
Müraciət qaydası
CV-lərinizi mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
