Vakansiya haqqında
Korporativ satışlar üzrə satış meneceri vakansiyasında təhlükəsizlik ayaqqabıları, iş geyimləri və fərdi mühafizə vasitələrinin satışı həyata keçirilir.
Vəzifənin məqsədi
Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələrinin korporativ müştərilərə satışı, yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması.
Əsas vəzifə öhdəlikləri
Neft-qaz, tikinti, sənaye, istehsalat, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətləri müəyyən etmək və yeni müştərilər cəlb etmək.
Korporativ müştərilərlə görüşlər keçirmək, ehtiyacları müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək.
Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri, dəbilqələr, əlcəklər, qoruyucu eynəklər və digər FMV məhsullarının satışını həyata keçirmək.
Kommersiya təklifləri, qiymət hesablamaları və satış müqavilələri hazırlamaq.
Tenderlərdə, satınalma müsabiqələrində və korporativ satınalma proseslərində iştirak etmək.
Müştərilərlə danışıqlar aparmaq, qiymət və ödəniş şərtlərini razılaşdırmaq.
Müştəri bazasını genişləndirmək və CRM sistemində məlumatları vaxtında yeniləmək.
Satış planlarının, aylıq və illik hədəflərin yerinə yetirilməsini təmin etmək.
Bazar, rəqiblər və müştəri tələbləri barədə məlumat toplamaq.
Sifarişlərin icrası, çatdırılma və ödənişlərin vaxtında həyata keçirilməsini aidiyyəti şöbələrlə koordinasiya etmək.
Namizədə tələblər
Ali təhsil arzuolunandır.
Müvafiq sahə üzrə B2B satışda minimum 3–5 il iş təcrübəsi.
Sənaye məhsulları, təhlükəsizlik geyimləri, fərdi mühafizə vasitələri və ya texniki məhsulların satış təcrübəsi üstünlükdür.
Yeni müştəriləri müstəqil tapmaq və satış imkanları yaratmaq bacarığı.
Korporativ müştərilər, satınalma və təchizat şöbələri ilə danışıqlar aparmaq bacarığı.
Kommersiya təklifləri, qiymət cədvəlləri və hesabatların hazırlanması bacarığı.
MS Office proqramlarında işləmək bacarığı, CRM təcrübəsi üstünlükdür.
Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür.
Güclü ünsiyyət, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı.
Nəticəyönümlülük, məsuliyyətlilik və müstəqil işləmək bacarığı.
Ezamiyyətlərə və müştəri görüşləri üçün səfərlərə hazır olmaq.
Müraciət qaydası
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Satış meneceri” yazaraq CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvana göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
