Vakansiya haqqında
Saat satışı ilə məşğul olan mağazamız üçün TikTok və Instagram üzrə aktiv və bacarıqlı satış mütəxəssisi axtarılır.
Vəzifə öhdəlikləri
TikTok platformasında canlı yayımlar açaraq saat satışını həyata keçirmək;
Saatların təqdimatı üçün maraqlı və cəlbedici videolar hazırlamaq;
TikTok və Instagram üçün kreativ kontent yaratmaq və paylaşmaq;
Məhsulları izləyicilərə düzgün və effektiv formada təqdim etmək;
Müştərilərin suallarını cavablandırmaq və satışların artmasına dəstək vermək.
Namizədə tələblər
TikTok və Instagram platformalarından aktiv istifadə bacarığı;
Kamera qarşısında sərbəst və inamlı danışıq;
Ünsiyyət qurmaq və satış aparmaq bacarığı;
Video çəkilişlərinə maraq və yaradıcılıq;
Məsuliyyətli və aktiv olmaq;
Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş qrafiki və əməkhaqqı
İş qrafiki və əməkhaqqı müsahibə zamanı müzakirə olunacaq.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994702491900 WhatsApp və zəng
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
