Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azera Holding

İnsan resursları üzrə menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

AZERA Holding insan resursları üzrə menecer vakansiyası üçün təcrübəli namizədləri müraciətə dəvət edir. Əsas vəzifə öhdəlikləri Şirkətdə insan resurslarının idarə olunması proseslərini planlaşdırmaq, təşkil etmək və əlaqələndirmək; HR strategiyasının, daxili qaydaların və prosedurların hazırlanması, tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək; İşçi ehtiyaclarını müəyyən etmək, vakansiyaları idarə etmək, namizəd seçimi və işə qəbul prosesini təşkil etmək; Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün aparılmasını təmin etmək; Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək; ƏMAS və digər müvafiq elektron sistemlər vasitəsilə kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək; Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və izləmək; Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin tətbiqində iştirak etmək; Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya etmək; Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsində iştirak etmək; Kadr məlumat bazasının düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək; Əməkhaqqının hesablanması üçün lazım olan məlumatları hazırlamaq və aidiyyəti struktur bölmələrlə əlaqələndirmək; Əmək münasibətləri ilə bağlı yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək; HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək; HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və effektivliyinin artırılması üçün təkliflər hazırlamaq. Vəzifəyə dair tələblər Ali təhsil, üstünlük insan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya uyğun sahələr üzrə olmalıdır; İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və aidiyyəti əmək qanunvericiliyi üzrə yaxşı biliklər; Kadr inzibatçılığı, işə qəbul, performansın idarə edilməsi və əmək münasibətləri üzrə praktiki təcrübə; ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək bacarığı; MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə etmək bacarığı; HR hesabatlarının hazırlanması və əsas HR göstəricilərinin təhlili üzrə biliklər; İngilis dili B2, rus dili B2 səviyyəsində bilik arzuolunandır. Şəxsi keyfiyyətlər və bacarıqlar Liderlik və komanda ilə işləmək bacarığı; Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti; Analitik düşüncə və problem həll etmə bacarığı; Strateji yanaşma və təşəbbüskarlıq; Yüksək məsuliyyətlilik və detallara diqqət; Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı; Çoxşaxəli tapşırıqları və prioritetləri səmərəli idarə etmək; Dinamik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş qrafiki Həftənin 5 günü, saat 09:00–18:00; Zərurət yarandıqda şənbə günü yarım iş günü. AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.