Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Intermak Group

Call center

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda call center vakansiyası üzrə müştəri zənglərinin cavablandırılması, servis və ehtiyat hissələri ilə bağlı məlumatlandırma işi təklif olunur. İş şəraiti Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360 İş rejimi: 6 günlük İş saatları: Həftə içi 09:30-17:30 6-cı gün: 10:00-16:00 Nahar: şirkət tərəfindən təmin olunur Vəzifə öhdəlikləri Müştərilərdən daxil olan zənglərin cavablandırılması və müraciətlərin qeydiyyata alınması; Servis xidmətləri, ehtiyat hissələri və məhsullar haqqında müştərilərə ətraflı məlumat verilməsi; Müştərinin sorğusuna uyğun ehtiyat hissəsinin müəyyən edilməsi və mövcudluğu barədə məlumatın təqdim olunması; Ehtiyat hissələrinin kodu, modeli, uyğunluğu və texniki xüsusiyyətlərinin yoxlanılması; Məhsul və ehtiyat hissələrinin qiymətləri barədə müştərilərin məlumatlandırılması; Servisə qəbul, təmir prosesi və görüləcək işlərlə bağlı müştərilərin yönləndirilməsi; Zərurət yarandıqda müraciətlərin servis ustalarına və aidiyyəti əməkdaşlara yönləndirilməsi; Sifariş və müraciətlərin sistemdə düzgün şəkildə qeyd olunması; Müştərilərlə mütəmadi əlaqənin saxlanılması və müraciətlərin nəticəsinin izlənilməsi. Namizədə tələblər Bəy namizəd; yaş aralığı 20-30; Servis sahəsi və ehtiyat hissələri üzrə anlayış; Ehtiyat hissələrinin növləri, təyinatı və uyğunluğu barədə texniki məlumatları öyrənmək və müştəriyə düzgün izah etmək bacarığı; Texniki terminləri anlamaq və onları sadə formada müştəriyə çatdırmaq bacarığı; Kompüter proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət və düzgün danışıq qabiliyyəti; Diqqətli, məsuliyyətli və operativ olmaq; Servis və ya ehtiyat hissələrinin satışı sahəsində iş təcrübəsi arzuolunandır, minimum 1 il iş təcrübəsi. Maaş 600-800 AZN Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.