Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Storm Solutions MMC

Ticari marketinq üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Norm brendi üçün Bakıda ticari marketinq üzrə mütəxəssis axtarılır. Storm Solutions yüksək keyfiyyətli sement əsaslı quru qarışıqlar təqdim edən Norm brendidir. Hazırda müəssisədə AZS 039-2000 EN 12004 standartına uyğun C1TE kafel və keramika yapışdırıcısı, həmçinin C2TE yüksək dayanıqlı xarici keramika və mərmər yapışdırıcısı istehsal olunur. Tələblər Ali təhsil: marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr; Marketinq, trade marketing və ya sales support üzrə 0–2 il iş təcrübəsi; FMCG və ya tikinti materialları sahəsində təcrübə üstünlükdür; MS Excel və PowerPoint bilikləri, məlumat toplama və ilkin analiz bacarığı; Sahə üzrə işləməyə və mütəmadi səfərlərə hazır olmaq; Azərbaycan dili sərbəst, ingilis və ya rus dili bilikləri üstünlükdür. Tələb olunan kompetensiyalar Komandada işləmək və səmərəli ünsiyyət qurmaq bacarığı; Aktiv, məsuliyyətli və nəticə yönümlü yanaşma; Analitik düşüncə və müştəri ehtiyaclarını dəqiq müəyyənləşdirmək bacarığı; Ezamiyyətlərdə iştirak edə bilmək imkanı; Sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi. Vəzifə və öhdəliklər Təsdiqlənmiş marketinq planlarının, kampaniyaların və aktivasiya proqramlarının icrasına dəstək vermək və koordinasiya etmək; Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə və brend standartlarına riayət olunmasına nəzarət etmək, yeni məhsul təqdimatlarında iştirak etmək; POSM materiallarının hazırlanması, paylanması və istifadəsinə nəzarət etmək; banner, poster, stend, rəf və qiymət göstəricilərinin düzgün tətbiqini izləmək; Satış nöqtələrinin brendinq ehtiyaclarını müəyyən etmək və rəqiblərlə müqayisəli görünürlük təhlili aparmaq; Bakı və regionlarda mütəmadi market ziyarətləri keçirmək, mövcudluq, yerləşdirmə, qiymət, promo material və rəqib fəaliyyəti üzrə məlumat toplamaq, nəticələri foto-hesabat şəklində təqdim etmək; Rəqib brendlərin qiymət siyasəti, endirimlər, bonuslar, POSM fəaliyyəti, diler və usta kampaniyaları, yeni məhsul təqdimatlarını izləmək və aylıq hesabat hazırlamaq; Həftəlik və aylıq marketinq hesabatları hazırlamaq, KPI göstəricilərini izləmək və toplanmış məlumatlar əsasında təkmilləşdirmə təklifləri vermək; Diler və pərakəndə satıcıların kampaniyalarının icrasında iştirak etmək, kampaniya başlamazdan əvvəl satış nöqtələrinin materiallarla təmin olunmasına nəzarət etmək; Kampaniya müddətində nəticələri izləmək, başa çatdıqdan sonra satış göstəriciləri ilə müqayisəli analiz aparmaq və rəyə əsaslanan təkliflər hazırlamaq; Satış komandası ilə gündəlik koordinasiya aparmaq, bazar və müştəri rəylərini toplamaq, marketinq materiallarının vaxtında çatdırılmasını təmin etmək; Regional komandaların marketinq ehtiyaclarını və prioritet satış nöqtələrini müəyyənləşdirmək; Diler və pərakəndə satıcılarla əlaqə saxlamaq, rəyləri toplamaq, brend və promo ehtiyaclarını müəyyən etmək, kampaniyaların düzgün kommunikasiyasını təmin etmək. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ticari marketinq üzrə Mütəxəssis” qeyd etməklə müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.