Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

166 Yükdaşıma və Logistika

Copywriter

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

166 Yükdaşıma və Logistika şirkəti kreativ məzmun üzrə Copywriter vakansiyası üçün namizəd axtarır. Vəzifə və öhdəliklər Brendin ümumi kommunikasiya üslubunu formalaşdırmaq və onu qorumaq; Kreativ kampaniyalar üçün konsept, sloqan və strateji məzmun hazırlamaq; Sosial media üçün briflər və məzmun materialları yazmaq, onların idarəsini həyata keçirmək; Çəkiliş proseslərinə ideya, ssenari, brief və yaradıcı istiqamət verməklə rəhbərlik etmək; Vizual komanda ilə yaxından işləyərək dizayn və məzmunun uyğunluğunu təmin etmək; Eyni vaxtda bir neçə layihəni idarə etmək və komanda üzvlərinə mentorluk etmək; Müştəri ehtiyaclarını təhlil etmək və kontent strategiyası ilə bağlı təkliflər vermək; Trend analizini aparmaq və innovativ məzmun yanaşmalarını tətbiq etmək. Tələblər Copywriting sahəsində minimum 2 il peşəkar təcrübə; Brend dili yaratmaq və qorumaq üzrə təcrübə; Kreativ kampaniyaların planlanması və yazılı hissəsinin icrası üzrə bacarıq; Foto və video çəkilişlər üçün ssenari və ideya hazırlamaq qabiliyyəti; Dizayn və video komandaları ilə yüksək səviyyədə əməkdaşlıq bacarığı; Strateji düşünmə və komanda idarəetmə bacarığı; Azərbaycan dilində mükəmməl yazılı ifadə; İngilis və Rus dili biliyi əlavə üstünlükdür. İş şəraiti İş qrafiki: 09:00-18:00; Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək; Ünvan: Zərifə Əliyeva 55, Yeni Həyat Plaza, Bakı. Müraciət qaydası Uyğun namizədlərdən CV-lərini “Copywriter” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.