Vakansiya haqqında
Bakıda ofis təmizliyi üzrə xadimə vakansiyası açıqdır.
Vəzifə öhdəlikləri
Ofisdə gündəlik təmizlik və səliqə işlərini yerinə yetirmək;
İş masalarının, rəflərin, şüşəli səthlərin və ofis avadanlıqlarının tozunu almaq;
Döşəmələri mütəmadi şəkildə tozsoranla təmizləmək və nəm üsulla silmək;
Mətbəx zonasının təmizliyini təmin etmək, çay və kofe stəkanlarını yumaq;
Sanitar qovşaqlarını hər gün təmizləmək və dezinfeksiya etmək, sabun, kağız və digər gigiyenik vasitələrin vaxtında yenilənməsinə nəzarət etmək;
Gün ərzində zibil qablarını boşaltmaq və zibil torbalarını dəyişmək.
Tələblər
25–45 yaş arası xanımlar;
Ofis təmizliyi sahəsində iş təcrübəsinin olması arzuolunandır;
Məsuliyyətli, təmizkar, nizam-intizamlı və çevik olmaq;
Kollektivlə düzgün ünsiyyət qurmaq bacarığı.
İş şəraiti və qrafik
İş qrafiki: həftədə 5 gün;
Əməkhaqqı: 500 AZN;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi bağlanılır.
Əlaqə
Telefon: +994772232209 (zəng və ya WhatsApp)
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
