Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kartaş LTD (Mr.Fix)

Zəncirli ekskavator operatoru

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda zəncirli ekskavator operatoru axtarılır. Əsas vəzifə öhdəlikləri Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin etmək; Kvars qumu yatağında, karxana şəraitində qazıntı işlərini aparmaq, materialı çeşidləmək, özüboşaldan yük maşınlarına yükləmək və sahə tapşırıqlarını təlimatlara uyğun yerinə yetirmək; İşə başlamazdan əvvəl mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki hissələrin texniki vəziyyətini yoxlamaq; Gündəlik və dövri yağlama işlərini vaxtında və müstəqil şəkildə icra etmək; İş prosesində yarana biləcək texniki nasazlıqlara və sahədə gözlənilməz hallara operativ reaksiya vermək; Aşkar olunan ciddi nasazlıqlar və ya risklər barədə dərhal birbaşa rəhbərə məlumat vermək; Texnikanın təmizliyinə, düzgün istismarına və yanacaq sərfiyyatına nəzarət etmək; İstismar zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq əməl etmək. Namizədə dair tələblər Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi; Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsi arzuolunandır; Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və Sürücü-Operator sertifikatı mütləqdir; Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, eləcə də texniki baxış qaydaları barədə dərin biliklər; Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst yerinə yetirmək bacarığı; Sahədə yaranan problemlərə çevik və adekvat reaksiya vermək bacarığı; Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı olmaq; Komandada işləmək bacarığı. İş şəraiti İş yeri: Bakı (Balaxanı) İş günləri: həftədə 6 gün Əməkhaqqı: razılaşma yolu ilə Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə Sınaq müddətindən sonra özəl tibbi sığorta Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.