Vakansiya haqqında
Sumqayıt üçün mikro kreditlər üzrə aparıcı mütəxəssis vakansiyası elan olunur.
Təsvir
Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması;
Mikro kreditlər üzrə müraciətlərin qəbul edilməsi, kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
Mikro kreditlərin təhlili, maliyyə hesabatlarının hazırlanması və girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin aparılması;
Kredit memorandumunun hazırlanması və digər sənədlərlə birlikdə kredit komitəsində müzakirə olunması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edilməsi;
Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarının ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması;
Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsinə nəzarət edilməsi;
Müqavilə şərtlərini pozmuş müştərilərlə davamlı iş aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi;
Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Tibbi sığorta paketi;
Professional və maddi inkişaf perspektivləri;
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Peşəkar korporativ mühitdə işləmək imkanı;
Müraciət
Maraqlanan namizədlər “Müraciət et” düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
