Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Express Bank

Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi

BərdəMənbə: Vezife.az

Vakansiya haqqında

Bərdə, Mingəçevir, Xaçmaz, Lənkəran, Şirvan və Gəncə üzrə mikro kreditlər sahəsində kiçik kredit mütəxəssisi vakansiyası elan olunur. Vəzifə öhdəlikləri Kredit bazarını araşdırmaq və sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin cəlb olunmasını həyata keçirmək; Mikro kredit müraciətlərini qəbul etmək, kreditin bankın daxili prosedur və qaydalarına uyğun rəsmiləşdirilməsi üçün sənədləri toplamaq; Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək; Kredit memorandumunu hazırlamaq və digər sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsi üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim etmək; Kredit verilməsinə müsbət rəy alındıqdan sonra kredit məlumatlarının ABİS-ə daxil edilməsi üçün aidiyyəti əməkdaşa yönləndirmək; Kredit müqaviləsi və ödəniş qrafiki üzrə borcların vaxtında ödənilməsinə nəzarət etmək; Müqavilə şərtlərini pozmuş müştərilərlə mütəmadi işləmək və borcların ödənilməsi istiqamətində tədbirlər görmək. Tələblər Ali təhsil; Təhlil aparmaq bacarığı və ünsiyyət qurma qabiliyyəti; Microsoft Office proqramlarında istifadəçi səviyyəsində bilik; Azərbaycan dilində sərbəst danışıq; Komanda ilə işləmək bacarığı. Vakansiya növü Tam ştat İmtiyazlar Tibbi sığorta paketi; Peşəkar və maddi inkişaf imkanları; Bilik və bacarıqların artırılması üçün təlimlər; Peşəkar korporativ mühitdə çalışma imkanı; Müraciət qaydası Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.