Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Proxima Tech

Biznes analitik (internet banking)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İnternet bankçılıq üzrə biznes analitik vəzifəsi üçün Bakı üzrə vakansiya təqdim olunur. Vəzifə öhdəlikləri Namizəd bankın mövcud internet bankçılıq xidmətini həm funksional, həm də texniki baxımdan təhlil etməli, servis və inteqrasiya mexanizmlərini araşdırmalıdır. Mövcud internet bankçılıq xidmətinin funksional və texniki analizini aparmaq. İstifadə olunan servisləri, onların iş məntiqini, asılılıqlarını və inteqrasiya qaydalarını öyrənmək. Servislərə göndərilən request-lərin strukturunu, input parametrlərini, data formatlarını və response strukturunu təhlil etmək. Uğurlu sorğular üzrə request və response nümunələrini toplamaq, analiz etmək və texniki sənədləşdirmək. Servislərin funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta ssenarilərini müəyyənləşdirmək və sənədləşdirmək. Təhlil nəticələrinə əsasən yenilənəcək sistem üçün funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq. Yeni internet bankçılıq xidmətinin hazırlanması zamanı biznes, texniki və proqram təminatı komandaları arasında koordinasiyanı təmin etmək. Hazırlanan funksionallıqlar üzrə test ssenariləri və test case-lər tərtib etmək, funksional testləri icra etmək. Sistemin gözlənilən nəticələrə uyğun işləməsini yoxlamaq, uyğunsuzluqları və xətaları sənədləşdirmək. Aşkar olunan problemləri aidiyyəti texniki komandalara yönləndirmək, aradan qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək. Funksional tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını qorumaq, zərurət olduqda yeniləmək. Yeni sistemin funksionallıqlarının mövcud sistemin biznes məntiqi və bankın daxili tələblərinə uyğunluğunu yoxlamaq. İlkin mərhələdə tələblərin təhlili və test prosesi İlk mərhələdə aşağıdakı funksionallıqlar üzrə biznes analizi və test işləri aparılacaq: Login və autentifikasiya Hesabların görüntülənməsi və izlənməsi Pul köçürmələri, yəni transferlər Əməliyyatların təsdiqlənməsi Əsas tələb olunan bilik və bacarıqlar Biznes analizi və funksional tələblərin hazırlanması üzrə biliklər. REST API və HTTP protokolları, request/response strukturları ilə işləmək bacarığı. JSON və XML data formatları üzrə biliklər. Postman və ya oxşar API test alətlərindən istifadə təcrübəsi. API sənədləşdirilməsi və texniki spesifikasiyaların hazırlanması bacarığı. Test ssenarilərinin və test case-lərin hazırlanması, funksional testlərin icrası üzrə biliklər. SQL və verilənlər bazası sorğuları üzrə biliklər üstünlük hesab olunur. Bank məhsulları, internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür. Analitik düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya bacarığı. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.