Vakansiya haqqında
İT departament müdiri axtarırıq, şirkətin texnoloji infrastrukturunu, rəqəmsal inkişafını və İT strategiyasını idarə edəcək peşəkar rəhbər tələb olunur.
Əsas vəzifələr
Şirkətin İT strategiyasını formalaşdırmaq, onu biznes məqsədləri ilə uzlaşdırmaq və icrasına nəzarət etmək;
ERP, POS, ITSM və BPM sistemlərinin stabil və səmərəli işləməsini təmin etmək;
Filial şəbəkəsinin İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlığını və əlçatanlığını qorumaq;
LAN/WAN, SD-WAN, VPN, Wi-Fi, serverlər, virtualizasiya mühiti və data mərkəzlərinin idarə olunmasına nəzarət etmək;
Bulud və hibrid infrastruktur həllərinin tətbiqi, inkişafı və optimallaşdırılmasını təşkil etmək;
İT sistemləri, verilənlər bazaları və korporativ tətbiqlərin təhlükəsizliyini, performansını və davamlılığını təmin etmək;
Kibertəhlükəsizlik strategiyasını hazırlamaq, informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək və qorunma tədbirlərini həyata keçirmək;
ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təmin etmək;
Ehtiyat nüsxələmə, fəlakət bərpası və biznesin fasiləsizliyi planlarını hazırlamaq və icrasına nəzarət etmək;
İT xidmətlərinin keyfiyyətini artırmaq, SLA göstəricilərini müəyyən etmək və monitorinq aparmaq;
İT layihələrini planlaşdırmaq, idarə etmək və onların vaxtında, ayrılmış büdcə çərçivəsində tamamlanmasını təmin etmək;
Rəqəmsal transformasiya, avtomatlaşdırma, süni intellekt və data analitikası həllərinin tətbiq imkanlarını qiymətləndirmək və layihələri həyata keçirmək;
İT büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və texnoloji investisiyaların effektivliyini dəyərləndirmək;
İT sistemləri və xidmətləri üzrə təchizatçıların fəaliyyətini idarə etmək, müqavilələrin icrasına və xidmət keyfiyyətinə nəzarət etmək;
İT komandasının işini təşkil etmək, əməkdaşların inkişafını və performans qiymətləndirməsini təmin etmək;
Biznes bölmələrinin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, uyğun İT həllər təklif etmək və tətbiq prosesini əlaqələndirmək;
Namizədə dair tələblər
İT, mühəndislik, iqtisadiyyat və ya biznes idarəetməsi üzrə ali təhsil;
Pərakəndə satış, FMCG və ya distribusiya sahəsində minimum 7 il iş təcrübəsi, bunun ən azı 3 ili rəhbər vəzifədə olmalıdır;
40-dan çox əməkdaşdan ibarət komandaların və geniş filial şəbəkəsinin İT fəaliyyətinin idarə edilməsi təcrübəsi;
ERP, POS, ITSM və BPM sistemləri və metodologiyaları üzrə dərin bilik;
Şəbəkə infrastrukturu, serverlər, virtualizasiya və data mərkəzlərinin idarə edilməsi üzrə bilik;
Bulud və hibrid infrastruktur həlləri üzrə bilik, Azure, AWS və ya lokal provayderlər ilə tanışlıq;
MS SQL, Oracle və PostgreSQL verilənlər bazalarının idarə edilməsi prinsiplərini bilmək;
Kibertəhlükəsizlik, ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələbləri üzrə bilik;
Ehtiyat nüsxələmə, fəlakət bərpası və biznesin fasiləsizliyinin təmin edilməsi üzrə bilik;
PMP, Agile və ITIL kimi layihə idarəetmə metodologiyalarını bilmək;
Strateji düşünmə və analitik təhlil bacarıqları;
Üstünlük hesab olunur
Rəqəmsal transformasiya, süni intellekt və data analitikası layihələrində uğurlu təcrübə;
Beynəlxalq pərakəndə satış təcrübələri və bazar standartları ilə tanışlıq;
PMP, ITIL, CCNA/CCNP, Azure/AWS, CISSP və ya ISO 27001 üzrə müvafiq sertifikatlar;
Biz nə təklif edirik?
Rəqabətli əməkhaqqı;
Nahar təminatı;
Könüllü tibbi sığorta;
Korporativ mobil nömrə;
Müasir texnologiyalar və real layihələr üzərində işləmək imkanı.
Müraciət qaydası
CV-nizi "İT Departament Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
