Vakansiya haqqında
Baş kopirayter vakansiyası üzrə yaradıcı məzmun və reklam kommunikasiyası sahəsində peşəkar namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Yeni brendlərin yaradılması və mövcud brendlərin yenidən markalaşması proseslərində aktiv iştirak etmək;
Neyminq, marka dili və əsas mesajların hazırlanmasını təmin etmək;
360 dərəcə kommunikasiya kanallarında istifadə olunacaq məzmun üçün kreativ həllər təklif etmək;
Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri üçün effektiv copywriting hazırlamaq;
Cəlbedici reklam sloqanları, yaradıcı konseptlər və storitellinqlər yazmaq;
Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik tələblərə uyğunluğunu yoxlamaq və redaktə etmək;
Kopirayter komandası və digər məzmun mütəxəssislərinə dəstək göstərmək, tapşırıqları bölüşdürmək və iş keyfiyyətinə nəzarət etmək;
Departament daxilində digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;
Dizayn, SMM komandaları, influenserlər və reklam agentlikləri üçün düzgün briflər hazırlamaq və ötürmək;
Təyin edilmiş tarixlərdə tapşırıqları vaxtında təhvil vermək.
Vəzifə tələbləri
Kopiraytinq sahəsində minimum 3-4 il iş təcrübəsi;
Reklam agentliyində iş təcrübəsi mütləqdir;
Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
Güclü qrammatik biliklər;
Kreativ yanaşma, analitik düşüncə və diqqətlilik;
Operativ və düzgün qərarvermə qabiliyyəti;
Vaxtı və tapşırıqları səmərəli idarə etmək bacarığı.
Dil biliyi
Azərbaycan dili - Mükəmməl
İngilis dili - Yüksək
Rus dili - Orta
Baku Electronics-də sizi nələr gözləyir?
Özəl tibbi sığorta təminatı;
Yığım həyat sığortası proqramına qoşulmaq imkanı;
Push30 platformasında korporativ güzəştlər;
Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri;
Peşəkar təlimlər və daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)
İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
