Vakansiya haqqında
Bakı şəhərində baş mühasib vakansiyası üzrə maliyyə, vergi və hesabat uçotunu idarə edəcək peşəkar mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
Müəssisənin maliyyə əməliyyatlarının vaxtında və düzgün şəkildə uçota alınmasını təmin etmək.
Vergi Orqanı, Statistika Komitəsi, sosial ayırmalar və icbari sığortalarla bağlı hesabatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək.
Vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək, vergi planlaşdırma strategiyalarını hazırlamaq, vergi bəyannamələrini tərtib edib təqdim etmək və vergi yoxlamalarını idarə etmək.
İşçilərin əmək haqqını hesablayıb ödəmək və bəyan etmək.
Müəssisənin vergi siyasətinin hazırlanmasında iştirak etmək və vergi büdcəsinin tərtibinə qoşulmaq.
Gəlirlərin vaxtında daxil olmasına nəzarət etmək, maliyyə və hesablaşma əməliyyatlarını həyata keçirmək, o cümlədən təchizatçı və podratçı hesablarının, kreditlərin və əmək haqqının ödənilməsini, eləcə də ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək.
Məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq üçün maliyyə qeydlərini nəzarətdə saxlamaq.
Əməliyyatların səmərəliliyini və effektivliyini artırmağa kömək edə biləcək yeni mühasibat uçotu metodlarını və prosedurlarını araşdırmaq.
Gələcək səhvlərə və ya məlumatların yanlış şərhinə səbəb ola biləcək mühasibat prosesləri və prosedurları ilə bağlı məsələləri müəyyən etmək.
Aylıq, rüblük və illik bağlanma prosesini icra etmək, balansın uzlaşdırılmasını və təhlilini aparmaq.
Nağd pul vəsaitlərinin hərəkətinə, xarici köçürmələrə, debitor və kreditor borclarına nəzarət etmək.
Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqə saxlamaq və dəstək göstərmək.
Namizədə dair tələblər
Yaş həddi: 35-55.
Minimum 5 il iş stajı.
İstehsalat təcrübəsi mütləqdir.
Baş mühasib kimi təcrübə.
Ali təhsil, maliyyə sahəsində.
Azərbaycan Respublikası Vergilər Məcəlləsini və qanunvericiliyi bilməlidir.
Azərbaycan Respublikasının qanunvericilik aktlarını bilməlidir.
PMS sertifikatlarının olması üstünlükdür.
MS Excel, MS Word və MS Outlook proqramlarında əla səviyyədə işləməlidir.
1C 8.3 proqramını yüksək səviyyədə bilməlidir.
custom.gov.az portalında işləmə bacarığı olmalıdır.
Müxtəlif bankların internet bank sistemlərində bank əməliyyatlarını icra edə bilməlidir.
Mənfəət, Gəlir, ÖMV, Vahid, ƏDV 18% və ƏDV 0% hesabatlarını verməyi bacarmalıdır.
İş şəraiti
Vakansiya növü: Tam ştat.
6 günlük iş həftəsi.
Şənbə günü qısa iş günü.
Əmək haqqı: 3000 AZN.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
