Vakansiya haqqında
Bakı üzrə satıcı vakansiyası üçün müştəri yönümlü, aktiv və məsuliyyətli namizəd axtarılır.
Vəzifənin tələbləri
Xanım namizəd.
Yaş aralığı: 30-38.
Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı.
Səmimi, aktiv, dinamik, səbrli və gülərüz olmaq.
Tekstil sahəsində təcrübə arzuolunandır.
Azərbaycan dili və rus dili səlis olmalıdır, ingilis dili bilikləri üstünlük sayılır.
Kollektivdə işləmək bacarığı.
Əsas vəzifələr
Müəyyən edilmiş satış planını yerinə yetirmək və müştərilərə xidmət göstərmək.
Məhsul haqqında alıcılara düzgün və ətraflı məlumat vermək.
Məhsulların qiymət etiketlərini, ölçülərini və barkodlarını yoxlamaq.
Yeni daxil olan məhsulların qəbulunda, sayılmasında və satış zalında yerləşdirilməsində iştirak etmək.
Satış zalında məhsulların düzgün və səliqəli düzülüşünə nəzarət etmək.
Satış planının icrası və satışın artırılması üçün müştəri tələbatını düzgün müəyyənləşdirmək.
Anbarda mövcud olan məhsul çeşidi barədə məlumatlı olmaq.
Mağaza menecerinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Müştəri məmnuniyyətinin təmin olunmasına diqqət yetirmək.
İş şərtləri
Stabil iş.
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Əmək haqqı: 600 AZN + bonus sistemi.
İş qrafiki: 6 günlük iş həftəsi.
Ərazi: N.Nərimanov, Ağa Neymətulla küç.
Müraciət qaydası
Tələblərə uyğun olduğunuz halda, CV-nizi müraciət etdiyiniz vakansiyanın adını “Satıcı” qeyd etməklə “subject” hissəsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
