Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Trenders Agency MMC

Senior generative AI specialist

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda Senior Generative AI Specialist vəzifəsi üzrə generativ AI əsaslı vizual və video kontentlərin hazırlanması üçün vakansiya açıqdır. İş şəraiti İş yeri: Bakı şəhəri Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək Məşğulluq növü: Tam ştat Vəzifə öhdəlikləri Generative AI texnologiyalarından istifadə etməklə sosial media, reklam, video və brend layihələri üçün yüksək keyfiyyətli vizual və video kontentin hazırlanması və prosesin idarə olunması; Müştəri brief-lərinə əsasən kreativ konsepsiyaların, vizual istiqamətlərin və AI əsaslı kontent strategiyalarının hazırlanması; Gemini, Magnific AI, Higgsfield AI, Kling AI, Google AI Studio, ChatGPT və digər AI alətlərindən peşəkar səviyyədə istifadə edilməsi; Mürəkkəb promptların hazırlanması, optimallaşdırılması və müxtəlif AI platformalarında effektiv nəticələrin əldə olunması; AI video generation proseslərində motion prompt, camera movement, transition, scene consistency və digər texnikaların tətbiqi; Hazırlanan vizual və video kontentin kompozisiya, rəng, işıq, realizm, detal və brend standartlarına uyğunluğuna nəzarət edilməsi; AI əsaslı kontent istehsalı proseslərinin optimallaşdırılması, effektiv workflow-ların qurulması və avtomatlaşdırma imkanlarının tətbiqi; Dizayn, motion, social media və project management komandaları ilə koordinasiyalı işləyərək layihələrin kreativ və texniki keyfiyyətinin təmin edilməsi; Komanda üzvlərinə AI alətlərinin istifadəsi, prompt engineering və kontent keyfiyyətinin artırılması istiqamətində peşəkar dəstəyin göstərilməsi; Müştəri və daxili komanda feedback-lərinin təhlil edilməsi, kontentin təkmilləşdirilməsi və yekun nəticələrin keyfiyyətinə cavabdehlik; Yeni Generative AI texnologiyalarının, platformalarının və trendlərinin araşdırılması, test edilməsi və iş proseslərinə inteqrasiyası; Layihələrin müəyyən edilmiş deadline-lara və keyfiyyət standartlarına uyğun şəkildə tamamlanmasının təmin edilməsi. Tələblər Generative AI, AI image generation və AI video generation sahəsində minimum 3 il müvafiq praktiki təcrübə və ya güclü peşəkar portfolio; Gemini, ChatGPT, Magnific AI, Higgsfield AI, Kling AI, Google AI Studio və digər AI platformaları ilə peşəkar səviyyədə işləmə bacarığı; Advanced Prompt Engineering, image-to-image, text-to-image, image-to-video və text-to-video texnologiyaları üzrə dərin praktiki biliklər; AI video generation proseslərində camera movement, motion control, transition, character consistency və scene composition üzrə təcrübə; Kompozisiya, rəng nəzəriyyəsi, işıqlandırma, vizual estetika və dizayn prinsipləri üzrə güclü biliklər; Reklam, sosial media və brend layihələri üçün kreativ konsepsiyaların hazırlanması və həyata keçirilməsi təcrübəsi; AI əsaslı kontent istehsalı proseslərinin qurulması, optimallaşdırılması və avtomatlaşdırılması bacarığı; Yüksək kreativ düşüncə, vizual zövq, analitik yanaşma və detallara diqqət; Layihələri müstəqil idarə etmək, prioritetləri müəyyənləşdirmək və deadline-lara riayət etmək bacarığı; Komandalararası effektiv kommunikasiya, problem həll etmə və qərarvermə bacarıqları; Yeni AI texnologiyalarını mütəmadi izləmək və onları praktik iş proseslərinə tətbiq etmək bacarığı; Rus dili biliyi mütləqdir, ingilis dili biliyi üstünlükdür; Generative AI vasitəsilə hazırlanmış real layihələrdən ibarət güclü portfolio mütləqdir. Müraciət qaydası CV və portfolio-nuzu mövzu hissəsində “Senior Generative AI Specialist” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.