Vakansiya haqqında
Bakı üzrə qaldırıcı maşinisti vakansiyası elan olunur.
Qaldırıcı maşinisti vəzifəsi haqqında
Bu vəzifənin əsas məqsədi quyu əməliyyatları zamanı drill pipe, tubing, casing və digər boruların təhlükəsiz, dəqiq və HSE tələblərinə uyğun şəkildə qaldırılıb-endirilməsini təmin etmək, həmçinin quyu avadanlıqları və personalın təhlükəsizliyini qorumaqdır.
İş şəraiti
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə gediş-gəliş təmin olunur
Əsas vəzifə öhdəlikləri
Quyu əməliyyatları zamanı boruların qaldırılması və endirilməsi işlərini icra etmək.
Qaldırıcı mexanizmləri, o cümlədən Traktor, A-50, A-80, QBQ-120, QBQ-160 və digər köməkçi avadanlıqları düzgün idarə etmək.
Quyu rəhbərinin göstərişlərinə uyğun hərəkət etmək.
Qaldırma əməliyyatından əvvəl avadanlığın texniki vəziyyətini yoxlamaq.
Borular qaldırılarkən balansı və sürəti düzgün tənzimləmək.
Yük hədləri və əməliyyat limitlərinin aşılmamasını təmin etmək.
Quyu rəhbəri ilə koordinasiyalı şəkildə işləmək.
İş prosesində HSE qaydalarına və quyu prosedurlarına ciddi əməl etmək.
Qeyri-standart hallarda əməliyyatı dərhal dayandırmaq və rəhbərliyi məlumatlandırmaq.
Görülən işlər üzrə qeydlərin və əməliyyat hesabatlarının hazırlanmasına dəstək vermək.
Kvalifikasiya tələbləri
Orta ixtisas və ya texniki peşə təhsili (mexanika, avtomobil texnikası, mühərrik texnikası və ya əlaqəli sahə üzrə).
Qaldırıcı maşinisti üzrə etibarlı sertifikat və ya vəsiqə.
Damba yolu və məhdud ərazilərdə xüsusi texnikanın hərəkət qaydaları, eləcə də təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər.
Quyu qaldırma sistemləri və mexanizmləri barədə biliklər.
Boru növləri və onların xüsusiyyətləri üzrə məlumatlılıq (drill pipe, tubing, casing).
Yükqaldırma hədləri və təhlükəsizlik limitləri barədə biliklər.
Radio və əl siqnalları ilə işləmə bacarığı.
Təhlükəsizlik və risk intizamı.
Davamlı öyrənmə və təkmilləşməyə maraq.
Əməkdaşlıq və komanda işi bacarığı.
Məsuliyyət, dürüstlük və hesabatlılıq.
İnsanlara və iş mühitinə qayğı.
Təklif edirik
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları.
Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı.
Şirkət tərəfindən nəqliyyat xidməti.
Rahat və komanda yönümlü iş mühiti.
Rəqabətədavamlı əmək haqqı və sosial paket.
Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
