Vakansiya haqqında
Sürücü avtokran maşinisti axtarılır.
İş şəraiti
Ünvan: Qum Adası, Bakı, Azərbaycan
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Nəqliyyat: Şirkət tərəfindən işə gediş-gəliş üçün servis avtobusları ilə təmin olunur
Vəzifə haqqında
Sürücü avtokran maşinisti vəzifəsinin əsas məqsədi sahə, baza, tikinti və anbar ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin dəyişdirilməsi işlərini fasiləsiz və təhlükəsiz şəkildə icra etmək, avadanlığın saz vəziyyətdə saxlanmasına nəzarət etmək, yükqaldırma planı, iş icazəsi (PTW), istehsalçı təlimatları və HSE tələblərinə tam əməl etməkdir.
Əsas vəzifə öhdəlikləri
Verilmiş tapşırıqlara əsasən avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılması, yüklənməsi, boşaldılması və yerinin dəyişdirilməsini həyata keçirmək.
İşə başlamazdan əvvəl və iş bitdikdən sonra avadanlığın gündəlik texniki baxışını aparmaq: tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.
İş zonasını qiymətləndirmək: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi, eləcə də tələb olunan qoruyucu zonalar və xəbərdarlıq nişanlarını təmin etmək.
Avtokranın təhlükəsiz quraşdırılmasını həyata keçirmək: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi.
Yükqaldırma əməliyyatlarını yalnız təsdiqli yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək, icazə verilən yükqaldırma qabiliyyətinin aşılmamasını təmin etmək.
Stroplama və rigging avadanlıqlarının, o cümlədən sapan, şakel, qarmaq, traverz və digərlərinin sertifikatlı və saz olmasını yoxlamaq, zədələnmiş avadanlıqdan istifadə etməmək.
Yükün balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə əməliyyatlarını rəvan və təhlükəsiz yerinə yetirmək, külək və digər məhdudiyyətlər olduqda işi dayandırmaq.
Manitou ilə yük daşıyarkən yükü mümkün qədər aşağıda saxlamaq, sürət limitlərinə riayət etmək, dönmələri ehtiyatla etmək və maili səthlərdə istehsalçı limitlərini aşmamaq.
Avadanlığın sahə daxilində və ya obyektlər arasında hərəkətini təhlükəsiz təşkil etmək: buomun bərkidilməsi, qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət edilməsi.
Nasazlıq, qeyri-standart səs və ya sızma, aşma riski və digər təhlükəli vəziyyətlərdə işi dərhal dayandırmaq, ərazini təhlükəsizləşdirmək və rəhbərliyi, HSE-ni məlumatlandırmaq.
Gündəlik yoxlama vərəqlərini, yükqaldırma əməliyyat qeydlərini, yürüş və yanacaq, eləcə də texniki xidmət hesabatlarını düzgün aparmaq və vaxtında təqdim etmək.
Avadanlığın təmizliyini, sazlığını və texniki xidmət qrafikinə uyğun qulluq tədbirlərini təmin etmək.
Kvalifikasiya tələbləri
Orta ixtisas və ya peşə təhsili
Avtokran şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə təlim və ya sertifikat
Avtokranın və Manitou-nun quruluşu, idarəetmə sistemləri, hidravlik və elektrik hissələri, stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə biliklər
Yükqaldırma qabiliyyəti cədvəllərinin (load chart), iş radiusunun, buom bucağı və uzunluğunun, həmçinin asqı konfiqurasiyalarının hesablanması və tətbiqi
Rigging və stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası
PTW, LOTO və obyekt daxili prosedurlar, elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə olunması
Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası, yağlama və servis tələbləri, istehsalçı təlimatlarına uyğun istismar
Damba yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər
Təklif edirik
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı
Şirkət tərəfindən nəqliyyat xidməti
Rahat və komanda yönümlü iş mühiti
Rəqabətədavamlı əmək haqqı və sosial paket
Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
