Vakansiya haqqında
Bakı üzrə ofis meneceri vakansiyası sorğuların, zənglərin və inzibati işlərin operativ idarə olunması işlərini əhatə edir.
İş şəraiti
İş rejimi: 6 günlük
İş saatları: həftə içi 09:30-17:30
6-cı gün: 10:00-16:00
Nahar şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri
Şirkət veb-saytları vasitəsilə daxil olan sorğu və müraciətlərin gündəlik izlənilməsi və idarə edilməsi;
Gələn sorğuların məzmununa uyğun olaraq aidiyyəti şöbə və əməkdaşlara düzgün və operativ şəkildə yönləndirilməsi;
Standart və ümumi xarakterli sorğuların müəyyən edilmiş qaydalara əsasən cavablandırılması;
Yönləndirilmiş sorğuların icra vəziyyətinin izlənilməsi və ehtiyac olduqda aidiyyəti şəxslərlə əlaqələndirmənin təmin olunması;
Sorğuların qeydiyyatının aparılması və məlumatların sistemləşdirilməsi;
Şirkətin ümumi e-mail ünvanına daxil olan məktub və müraciətlərin idarə olunması;
Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
Ofisə gələn qonaqların qarşılanması və istiqamətləndirilməsi;
Şirkətdaxili məlumat və sənədlərin müvafiq şəxslərə çatdırılmasının təmin edilməsi;
Gündəlik inzibati və təşkilati işlərin koordinasiyası;
Görüşlərin təşkilinə və zəruri hallarda rəhbərliyin iş qrafikinin hazırlanmasına dəstək göstərilməsi;
Ofis ləvazimatları və gündəlik ehtiyacların izlənilməsi;
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların icrası.
Namizədə tələblər
Xanım namizədlər
Yaş aralığı: 20-30 yaş
Ali və ya orta ixtisas təhsili
Minimum 6 ay iş təcrübəsi
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı
Rus və ya ingilis dili biliyi üstünlükdür
MS Office proqramları ilə işləmək bacarığı
E-mail və onlayn müraciət sistemləri ilə işləmək bacarığı
Yüksək ünsiyyət və koordinasiya qabiliyyəti
Məlumatı düzgün analiz edərək aidiyyəti şəxslərə yönləndirmək bacarığı
Operativlik, diqqətlilik və məsuliyyətlilik
Komandada işləmək və peşəkar işgüzar ünsiyyət qurmaq bacarığı
Əsas bacarıqlar
Müştəriyönümlülük
Sorğuların idarə olunması
İşgüzar yazışma
Koordinasiya
Təşkilatçılıq
Operativlik
Məsuliyyətlilik
Diqqətlilik
Komanda işi
Təklif olunur
600-800 AZN əmək haqqı
Peşəkar inkişaf imkanları
Nahar şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
