Vakansiya haqqında
Aparıcı marketinq mütəxəssisi vəzifəsi üzrə marketinq strategiyası, kampaniya koordinasiyası və müştəri layihələrinin idarə edilməsi üçün namizəd axtarılır.
Vəzifənin məqsədi
OmniMark və müştəri layihələrinin marketinq fəaliyyətlərini biznes hədəfləri ilə uzlaşdırmaq, bazar araşdırmaları və insight-lar əsasında strategiya və kampaniya planları hazırlamaq, kreativ, rəqəmsal, media və satış yönümlü işləri koordinasiya edərək ölçülə bilən nəticələr əldə etmək.
Əsas vəzifə öhdəlikləri
Müştərinin biznes məqsədlərini, hədəf auditoriyasını və bazardakı mövqeyini analiz edərək aylıq, rüblük və kampaniya əsaslı marketinq planları hazırlamaq.
İnteqrə olunmuş marketinq kampaniyalarını ideyadan icraya qədər planlamaq və idarə etmək; digital, sosial media, ATL/BTL, PR və satış fəaliyyətlərini vahid məqsəd ətrafında birləşdirmək.
Kreativ, dizayn, foto-video, rəqəmsal marketinq və media komandaları üçün nəticə yönümlü brief-lər hazırlamaq və icra keyfiyyətinə nəzarət etmək.
Müştərilərlə strateji və gündəlik kommunikasiya aparmaq, ehtiyacları müəyyənləşdirmək, təklifləri təqdim etmək və razılaşdırılmış işlərin vaxtında tamamlanmasını təmin etmək.
Kampaniya büdcələrini, timeline-ları və deliverable-ları planlamaq, resurslardan səmərəli istifadəni və deadline-lara əməl olunmasını izləmək.
Brend mövqeləndirməsi, kommunikasiya mesajları, kampaniya ideyaları, satış təklifləri və müştəri journey-si üzrə təkmilləşdirmə təklifləri hazırlamaq.
Traffic, lead, conversion, engagement, CPL/CPA və digər əsas göstəriciləri izləmək, nəticələri təhlil etmək və marketinq qərarlarında istifadə etmək.
Satış komandası ilə birlikdə lead keyfiyyətini, satış funnel-ni, CRM istifadəsini və kampaniyaların kommersiya nəticələrinə təsirini analiz etmək.
Rəqib, bazar və istehlakçı araşdırmaları aparmaq, yeni trendləri və growth imkanlarını müəyyənləşdirmək.
Müştəri hesabatları, təqdimatlar və növbəti dövr üçün fəaliyyət planları hazırlamaq, tələb olunduqda yeni biznes təkliflərində iştirak etmək.
Namizədə tələblər
Marketinq, reklam, kommunikasiya və ya əlaqəli sahədə minimum 3 il praktik iş təcrübəsi; agentlik təcrübəsi üstünlük hesab olunur.
Marketinq strategiyası, kampaniya planlaması və layihə koordinasiyası üzrə güclü praktiki bilik.
Digital marketinq, sosial media, performance reklam, kontent və media planlamanın əsas prinsiplərini yaxşı bilmək.
ATL/BTL, branding, promo və digər inteqrə olunmuş marketinq alətləri üzrə işlək bilik.
Müştəri ilə işləmək, brief toplamaq, təqdimat keçirmək və müxtəlif stakeholder-ləri koordinasiya etmək bacarığı.
Büdcə, timeline və iş planı ilə işləmək, bir neçə layihəni paralel idarə etmək və prioritetləşdirmək bacarığı.
Analitik düşüncə və marketinq göstəricilərini biznes nəticələri ilə əlaqələndirmək bacarığı.
PowerPoint/Google Slides və Excel/Google Sheets proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
Azərbaycan dilində yüksək səviyyədə kommunikasiya; ingilis dili yaxşı səviyyədə, rus dili isə üstünlükdür.
Şəxsi keyfiyyətlər
Strateji və icrayönümlü düşüncə.
Güclü kommunikasiya, təqdimat və stakeholder idarəetmə bacarığı.
Proaktivlik, məsuliyyət və problem həll etmə yanaşması.
Detalçılıq, deadline intizamı və təşkilatçılıq.
Komanda işi, çeviklik və nəticəyə fokuslanmaq bacarığı.
Üstünlük hesab ediləcək təcrübə
Daşınmaz əmlak, təhsil, retail, xidmət və ya B2B layihələrində marketinq təcrübəsi.
CRM, lead management və satış funnel-ları ilə işləmək təcrübəsi.
Agentlik mühitində bir neçə müştəri və kampaniyanı paralel idarə etmək təcrübəsi.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
