Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATS Food

Maliyyə üzrə baş mütəxəssis

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt üzrə maliyyə üzrə baş mütəxəssis vəzifəsi üçün maliyyə hesabatları, IFRS və audit sahəsində təcrübəli namizədlər axtarılır. Vəzifə öhdəlikləri Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq; Xarici audit prosesini əlaqələndirmək və auditor sorğularına vaxtında cavab vermək; Audit üçün lazım olan maliyyə məlumatlarını, working file-ları və supporting sənədləri toplamaq və hazırlamaq; IFRS standartlarına uyğun maliyyə məlumatlarını təhlil etmək və təqdim etmək; Baş kitab (GL), balans, mənfəət və zərər hesabatı, eləcə də digər maliyyə hesabatlarını yoxlamaq; Audit zamanı müəyyən edilən irad və düzəlişləri izləmək və icrasına nəzarət etmək; Maliyyə hesabatları üzrə analitik təhlillər aparmaq və nəticələri rəhbərliyə təqdim etmək; Tənzimləyici qurumlara təqdim edilən hesabatların hazırlanmasında iştirak etmək; Maliyyə proseslərinin təkmilləşdirilməsi və daxili nəzarət prosedurlarının gücləndirilməsi üçün təkliflər vermək; Maliyyə departamentinin gündəlik işlərinə dəstək göstərmək. Namizədə tələblər Ali təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya Audit sahəsində; Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi; FMCG, xarici audit və ya Big4 təcrübəsi arzuolunandır; IFRS bilikləri mütləqdir; ACCA, CIMA, FMVA və ya digər beynəlxalq sertifikatların olması üstünlük sayılır; Azərbaycan dili üzrə yüksək səviyyə, ingilis dili üzrə yaxşı bilik; ERP proqramları ilə işləmək təcrübəsi olmalıdır; Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə işləmə bacarığı. İş qrafiki 5 günlük iş rejimi; İş saatı: 09:00-18:00. Əmək haqqı və üstünlüklər Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən olunur; Nahar təminatı; Servis xidməti; Könüllü tibbi sığorta; Telefon danışıq limiti. Müraciət qaydası Tələblərə uyğun namizədlər öz CV-lərini “Maliyyə üzrə baş mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.