Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kvan Group MMC

Sahə memarı (site architect)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda sahə memarı vəzifəsi üzrə yaşayış kompleksi layihəsində təcrübəli mütəxəssis axtarılır. İş şəraiti Layihə: Bahar Residence İş qrafiki: Həftə içi 5 gün, 08:00–17:00 Əmək haqqı: 2000 AZN Vəzifə öhdəlikləri Tikinti sahəsində görülən işlərin təsdiqlənmiş memarlıq layihələrinə, texniki şərtlərə və tikinti normalarına uyğunluğunu gündəlik izləmək; Layihə sənədləri ilə sahədəki real vəziyyət arasında fərqləri müəyyən etmək və onların aradan qaldırılması üçün texniki həllər hazırlamaq; Sahədə icrası mümkün olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən memarlıq hissələrini yenidən işləmək, düzəliş vermək və uyğunlaşdırmaq; İcra olunan memarlıq işlərini mütəmadi yoxlamaq və aşkar edilən qüsurların aradan qaldırılmasına nəzarət etmək; Memarlıq və interyer həllərinin tikinti prosesində düzgün tətbiqini təmin etmək; Podratçı və subpodratçıların yerinə yetirdiyi memarlıq və tamamlama işlərinin keyfiyyətini, həmçinin layihəyə uyğunluğunu yoxlamaq; Memarlıq, konstruksiya və MEP layihələri arasındakı uyğunsuzluqları müəyyən etmək və koordinasiyanı təmin etmək; Sahədə yaranan texniki sualları operativ şəkildə cavablandırmaq və lazım gəldikdə layihəçi təşkilatlarla əlaqələndirmə aparmaq; Layihə dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş çertyojların hazırlanmasını təmin etmək; Tikinti işlərinin icra vəziyyəti və aşkar edilmiş uyğunsuzluqlar barədə mütəmadi hesabatlar hazırlamaq; Layihənin memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin həlli üçün təkliflər vermək. Namizədə tələblər Memarlıq ixtisası üzrə ali təhsil; Memarlıq və tikinti sahəsində minimum 4 il iş təcrübəsi; Yaşayış kompleksləri və çoxmərtəbəli binaların tikintisində təcrübə üstünlükdür; AutoCAD, ArchiCAD və ya Revit proqramlarında peşəkar işləmək bacarığı (vacibdir); 3D modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər; Memarlıq işçi layihələrini, detalları və texniki çertyojları sərbəst oxumaq və hazırlamaq bacarığı; Tikinti norma və qaydaları, materiallar və tikinti texnologiyaları üzrə biliklər; Sahədə ölçü götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ texniki həllər hazırlamaq bacarığı; Podratçılar və layihəçilərlə effektiv kommunikasiya qurmaq bacarığı; Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət hissi; Komandada işləmək və operativ qərarvermə bacarığı. Təklif edirik Aylıq sabit əmək haqqı: 2000 AZN; Böyükmiqyaslı yaşayış kompleksi layihəsində iştirak imkanı; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.