Vakansiya haqqında
Promo məhsulların satışı üzrə komandamıza xanım satış təmsilçisi axtarılır.
Vəzifə öhdəlikləri
Müştərilərlə telefon, sosial şəbəkələr və digər kommunikasiya kanalları üzərindən əlaqə saxlamaq
Müştərinin ehtiyaclarını müəyyən edib uyğun məhsulları təqdim etmək
Müştərini inandıraraq satış prosesini uğurla həyata keçirmək
Korporativ və fərdi müştərilərlə satış əməliyyatlarını icra etmək
Gələn mesaj və kommentlərə vaxtında cavab vermək
Müştəri müraciətləri və sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək
Satış prosesində yarana biləcək çətinlikləri operativ şəkildə həll etmək
Sosial media paylaşımlarının gündəlik paylaşılmasını təmin etmək
Uniforma məhsulları barədə müştərilərə ətraflı məlumat vermək
Satış hədəflərinə çatmaq və nəticələri artırmaq üçün aktiv şəkildə çalışmaq
Namizədə tələblər
Xanım namizədlər
18–30 yaş aralığı
Səlis və düzgün ünsiyyət bacarığı
Güclü inandırma və satış qabiliyyəti
Korporativ və fərdi satış sahəsində təcrübə və ya bacarıq
Problemləri operativ həll etmək bacarığı
Sosial şəbəkələrdən aktiv və effektiv istifadə etmək
Mesaj və kommentlərə məsuliyyətli yanaşmaq
Gündəlik postların hazırlanması və paylaşılması, lazım gələrsə kamera qarşısına keçərək kontent yaratmaq
CapCut, InShot və oxşar proqramlarda işləmə bacarığı
Microsoft Word və Excel bilikləri
Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma
Komanda ilə effektiv işləmək bacarığı
İş şərtləri
İş günləri: həftə içi 6 gün
İş saatları: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–16:00
Əmək haqqı: minimum 1000 + AZN, bonus daxil
İş sahəsi: promo məhsulların satışı
Dinamik və inkişaf yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə “Satış təmsilçisi” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
