Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Əkbər A MMC

Resepşionist

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda resepşn vəzifəsi üçün ünsiyyətcil və məsuliyyətli xanım axtarılır. Vəzifə haqqında Şirkətimizdə resepşn üzrə vakansiya mövcuddur. Ofisə gələn qonaqların qarşılanması, zənglərin cavablandırılması və gündəlik işlərin düzgün təşkili əsas öhdəliklər sırasındadır. İş yeri və əmək haqqı İş yeri: Bakı şəhəri Əmək haqqı: 800 AZN İş qrafiki Bazar ertəsi – cümə: 09:00–18:00 Şənbə və bazar: qeyri-iş günləri Dövlət bayramları: qeyri-iş günləri Namizədə tələblər 24 yaş və yuxarı olmaq; Rus dilini bilməsi arzuolunandır; Kompüterdən istifadə bacarığına malik olmaq; Səliqəli, nəzakətli və məsuliyyətli olmaq; Ünsiyyət qurmaq bacarığı və xoş görünüşə sahib olmaq; İşgüzar etikaya riayət etmək. Vəzifə öhdəlikləri Ofisə daxil olan qonaqları qarşılamaq və gülərüz şəkildə qəbul etmək; Qonaqların gəlişi barədə aidiyyəti əməkdaşa və ya rəhbərliyə məlumat vermək; Rəhbərliyə çay və digər zəruri xidmətləri təqdim etmək; Ofisə daxil olan telefon zənglərinə cavab vermək; Sənədləri çap etmək, skan etmək və surətini çıxarmaq; Qonaqların qarşılanması və ofisdə ümumi nizam-intizamla bağlı işləri yerinə yetirmək; Ofisə gələn kuryerləri və sənəd çatdıran şəxsləri qarşılamaq, göndərişləri müvafiq əməkdaşlara təhvil vermək; Rəhbərlik tərəfindən verilən uyğun tapşırıqları icra etmək. Əlaqə Ruslan bəy: 051 882 54 99 (WhatsApp aktivdir) Maraqlanan namizədlər CV-lərini müraciət düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.