Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku TV

Montaj rejissoru

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Müasir vizual düşüncəyə və yaradıcı yanaşmaya sahib montaj rejissoru axtarılır. Baku TV-də Montaj Rejissoru Vakansiyası Baku TV video montaj və kreativ kontent sahəsində təcrübəli montaj rejissoru vəzifəsi üzrə vakansiya elan edir. Dinamik düşüncəyə, geniş dünyagörüşünə və vizual həllərə yaradıcı yanaşmaya malik namizədlər müraciət edə bilərlər. Əsas tələblər Video montaj sahəsində minimum 3–5 il peşəkar iş təcrübəsi; Televiziya verilişləri üçün anonsların, xüsusi günlərə və əlamətdar hadisələrə həsr olunan promo və imic çarxlarının kreativ üslubda hazırlanması bacarığı; Müasir vizual trendləri izləmək və onları iş prosesində tətbiq etmək bacarığı; Süni intellekt (AI) alətlərindən istifadə edərək kreativ video kontent hazırlamaq bacarığı; Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst və peşəkar işləmək bacarığı; Müstəqil yaradıcı ideyalar irəli sürmək və onları konsepsiyadan yekun məhsula qədər həyata keçirmək bacarığı; Komandada işləmək, yaradıcı müzakirələrdə və ideya mübadiləsində aktiv iştirak etmək. Qeyd Portfolio təqdim edilməsi mütləqdir. Televiziya anonsları, promo və kreativ video çarxlar üzrə iş nümunələrinə üstünlük veriləcək. Müraciət qaydası Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.