Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Uniyar MMC

Kassir

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda kassir vakansiyası ödənişlərin qəbulu, kassa uçotu və gündəlik hesabatların aparılması işlərini əhatə edir . Vəzifə öhdəlikləri Müştərilərdən nağd pul, bank kartı və digər ödəniş vasitələri ilə ödənişləri qəbul etmək. Satış və digər əməliyyatları kassa aparatında və ya müvafiq proqram təminatında qeydiyyata almaq. Hər əməliyyat üzrə uyğun qəbz və ya ödənişi təsdiqləyən sənədi təqdim etmək. Qəbul olunan pulun həqiqiliyini, məbləğini və düzgünlüyünü yoxlamaq. İş növbəsinin əvvəlində və sonunda kassadakı pul vəsaitlərini saymaq, uçot məlumatları ilə tutuşdurmaq. Gündəlik satış, daxilolma və digər kassa əməliyyatları üzrə hesabatlar hazırlamaq. Növbə bitdikdən sonra kassadakı vəsaitləri və aid sənədləri müəyyən edilmiş qaydada məsul şəxsə təhvil vermək. Səlahiyyət çərçivəsində pul vəsaitlərinin daxilolma və ödənilmə əməliyyatlarını həyata keçirmək. Müştərilərlə nəzakətli ünsiyyət qurmaq, ödənişlərlə bağlı sualları cavablandırmaq. Pul vəsaitlərinin saxlanması və kassa əməliyyatları üzrə müəyyən edilmiş qaydalara əməl etmək. Maliyyə məlumatlarının məxfiliyini qorumaq, kassa vəsaitlərinin təhlükəsizliyini təmin etmək. Pul çatışmazlığı, artıq məbləğ, texniki nasazlıq və digər uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək. Kassa avadanlıqlarının, sənədlərin və iş yerinin səliqəli saxlanılmasını təmin etmək. Məssisənin əmək intizamı, daxili nizam-intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək. İş şəraiti İş yeri: Bakı İş qrafiki: 08:00-17:00; 09:00-18:00; Əmək haqqı: 500 AZN Tələblər Kassir kimi minimum 1 il iş təcrübəsi Dəqiq, məsuliyyətli və etibarlı olmaq Komandada işləmə bacarığı Biz təklif edirik Rəsmi əmək müqaviləsi Nahar şirkət tərəfindən qarşılanır Peşəkar və mehriban kollektiv Növbəli iş rejimi və istirahət günləri Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.