Vakansiya haqqında
Baş anbardar vakansiyası üçün anbar uçotu, sənədləşmə və inventar idarəetməsi üzrə təcrübəli namizəd axtarılır.
Namizədə dair tələblər
Ali təhsil;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan və rus dillərini mütləq bilmək, ingilis dili isə arzuolunandır;
Baş anbardar vəzifəsində minimum 2 il iş təcrübəsi;
Məsuliyyətli və intizamlı olmaq;
Uçot və sənədləşmə işlərində dəqiqlik nümayiş etdirmək.
Vəzifə öhdəlikləri
Anbara daxil olan məhsulları qaimə, faktura və digər müşayiətedici sənədlər əsasında qəbul etmək;
Malların sayını, çeşidini, keyfiyyətini və qablaşdırmanın bütövlüyünü yoxlamaq;
Çatışmazlıq, zədə və ya uyğunsuzluq aşkarlandıqda müvafiq akt tərtib etmək və rəhbərliyi məlumatlandırmaq;
Qəbul edilmiş malları növünə və kateqoriyasına uyğun yerlərdə yerləşdirmək;
Malların düzgün saxlanılmasını, qorunmasını və anbar daxilində səliqəli düzülməsini təmin etmək;
Məhsulları yalnız müvafiq sənədlər və təsdiqlənmiş sifarişlər əsasında anbardan çıxarmaq;
Sifarişlərə uyğun olaraq malları seçmək, komplektləşdirmək və təhvil üçün hazırlamaq;
Malların müştərilərə, daşıyıcılara və ya şirkətin digər struktur bölmələrinə vaxtında və düzgün verilməsini təmin etmək;
Anbara daxil olan və anbardan çıxarılan malların uçotunu aparmaq;
Malların hərəkətini LOGO TIGER proqramında vaxtında və düzgün qeyd etmək;
Müəyyən edilmiş qrafikə əsasən anbar sayımında iştirak etmək və ya sayımı həyata keçirmək;
Sayım zamanı aşkar olunan çatışmazlıq və artıq qalıqlar barədə rəhbərliyə məlumat vermək, fərqlərin səbəblərinin araşdırılmasında iştirak etmək;
Anbar sahəsinin təmizliyini, səliqəsini və işə yararlı vəziyyətini qorumaq;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
Anbarda olan maddi dəyərlərin qorunmasına və təyinatı üzrə istifadəsinə nəzarət etmək.
İş şəraiti
İş qrafiki: bazar ertəsi - cümə, 09:00-18:00;
İş yeri: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza;
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Müraciət qaydası
Tələblərə uyğun namizədlərdən Azərbaycan dilində hazırlanmış CV-lərini mövzu hissəsində “Baş anbardar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki, müsahibə mərhələli şəkildə təşkil edilir və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
