Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzTelco Group MMC

Memar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı şəhərində memar vakansiyası üçün layihə konsepsiyası və memarlıq sənədləri üzrə təcrübəli namizəd axtarılır. Vəzifə öhdəlikləri Layihələr üzrə memarlıq konsepsiyalarının hazırlanması və memarlıq layihələndirmə işlərinin icrası; Memarlıq-planlaşdırma həllərinin işlənməsi və layihə sənədlərinin hazırlanması; Plan, fasad, kəsik və digər zəruri memarlıq çertyojlarının tərtib edilməsi; Layihələrin təsdiqlənmiş texniki tapşırığa, sifarişçi tələblərinə və müəyyən olunmuş standartlara uyğunluğunun təmin edilməsi; Layihə sənədlərinin tikinti norma və standartlarına uyğun şəkildə hazırlanmasının təmin edilməsi; Memarlıq həllərinin mühəndislik və digər layihə həlləri ilə uzlaşdırılması; Layihə sənədlərində tələb olunan dəyişiklik və düzəlişlərin aparılması; Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət səviyyəsində hazırlanmasının təmin edilməsi; Sifarişçi, layihə komandası və digər aidiyyəti tərəflərlə layihə məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi; Layihələndirmə prosesində aşkar olunan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının təmin olunması; Daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət edilməsi. Tələb olunan bilik və bacarıqlar Ali təhsil, memarlıq və ya əlaqəli sahə üzrə; Müvafiq sahədə 3 il iş təcrübəsi; Microsoft Office proqramlarını, o cümlədən Word, Excel və PowerPoint-i peşəkar səviyyədə bilmək; Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı bilmək, rus dili isə üstünlükdür; Memarlıq layihələndirməsi və planlaşdırılması bacarığı; Tikinti norma, qayda və standartları ilə işləmə bacarığı; Texniki çertyojların hazırlanması və oxunması bacarığı; Layihə işlərini müəyyən edilmiş müddətlərdə tamamlaya bilmək. Təklif olunur Nahar təminatı; Mobil nömrə təminatı; Dinamik mühitdə işləmək və inkişaf imkanı; Rahat və müasir iş mühiti, şəhərin mərkəzində ofis. Ünvan Bakı, Sarabski küç. 75, Sarabski Plaza. Müraciət Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.