Vakansiya haqqında
Tornaçı vakansiyası üçün texniki çertyojla işləyə bilən və dəzgah emalında təcrübəli namizəd axtarılır.
İş barədə məlumat
Texniki çertyoj və sxemləri oxumaq, onlara uyğun detallar hazırlamaq
Torna dəzgahlarında silindrik, konusvari və formalı detalların emalını yerinə yetirmək
Emal olunan hissələrin ölçü dəqiqliyinə nəzarət etmək
İş parçasını dəzgaha düzgün bərkitmək və uyğun alətləri seçmək
Kəsici alətləri saz vəziyyətdə saxlamaq və lazım olduqda itiləmək
Hazır məmulatların ölçülərini mikrometr, ştangensirkul və digər ölçü alətləri ilə yoxlamaq
İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək
İş bitdikdən sonra avadanlıqları təmizləmək və istifadəyə yararlı vəziyyətdə saxlamaq
İş yerini səliqəli və təhlükəsiz vəziyyətdə qorumaq
Təhkim olunmuş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək
Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək
Avadanlıq və alətlərin yalnız təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək
Texniki tapşırıq və çertyoj tələblərindən kənara çıxmamaq
Təhkim edilmiş avadanlıq və materialların qorunmasını və təhlükəsiz saxlanılmasını təmin etmək
Namizədə tələblər
Orta ixtisas və ya peşə təhsili
Texniki çertyoj və sxemləri oxuma bacarığı
Torna dəzgahlarında iş təcrübəsi və alətlərin istifadəsi üzrə biliklər
Təhlükəsizlik texnikası qaydalarını bilmək
Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi arzuolunandır
İş şərtləri
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
Əmək haqqı: 800-900 AZN, iş təcrübəsinə uyğun olaraq dəyişə bilər
İş yeri: Bakı regionu
Əlaqə
Əlaqə nömrəsi: 050-231-12-05 (HR)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
