Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Radius

Rəhbər sürücüsü

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Rəhbərlik üçün məsuliyyətli korporativ sürücü axtarılır. Vəzifə barədə Rəhbər sürücüsü şirkət rəhbərliyinin və əməkdaşların gediş-gəlişini təmin edəcək, qonaqların və tərəfdaşların qarşılanması ilə məşğul olacaq, həmçinin gündəlik iş prosesində sənəd və digər vacib materialların çatdırılmasını həyata keçirəcək. Namizədə tələblər Kişi namizəd, 25–40 yaş aralığında; Orta təhsil; BC kateqoriyalı sürücülük vəsiqəsi; Minimum 3–5 il sürücülük təcrübəsi; Mexaniki sürətlər qutusu olan avtomobili sərbəst idarə etmək bacarığı; Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq; Azərbaycan və rus dillərində səlis danışıq; Yol hərəkəti qaydalarını mükəmməl bilmək və təhlükəsiz sürücülük vərdişlərinə sahib olmaq; Səliqəli xarici görünüş və işgüzar ünsiyyət bacarığı; Korporativ etikaya və məxfiliyə riayət etmək; Məsuliyyətli, diqqətli, punktual və çevik olmaq; Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək. Əsas vəzifələr Şirkət rəhbərliyinin və əməkdaşlarının zəruri hallarda işgüzar gediş-gəlişini təhlükəsiz və vaxtında təmin etmək; Şirkətin xarici qonaq və tərəfdaşlarını hava limanında qarşılamaq, otelə, ofisə, görüşlərə və digər təyin olunmuş ünvanlara çatdırmaq; Qonaqların səfər proqramına uyğun olaraq şəhərdaxili transferləri həyata keçirmək; Müxtəlif ünvanlara sənədlərin, korrespondensiyanın və zəruri materialların çatdırılması və götürülməsini təmin etmək; Verilən marşrut və gündəlik tapşırıqlar üzrə operativ hərəkət etmək; İstifadə olunan avtomobilin təmizliyinə, texniki sazlığına və ümumi vəziyyətinə gündəlik nəzarət etmək; Avtomobili təhlükəsiz idarə etmək və qorunub saxlanılmasını təmin etmək; Zəruri hallarda iş fəaliyyəti ilə bağlı digər sürücü və logistika tapşırıqlarını yerinə yetirmək. İş şərtləri İş saatı: 09:00–18:00 İş qrafiki: həftənin 6 günü, şənbə qısa iş günü, bazar istirahət günüdür Nahar: şirkət tərəfindən təmin olunur İş yeri: Babək pr., M.H. Kazımov küç. 8 Əmək haqqı: 800 AZN Müraciət qaydası CV-nizi mövzu hissəsində “Korporativ sürücü” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Əlaqə: 0774380444

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.