Vakansiya haqqında
Sumqayıtda SƏTƏM məsləhətçi vakansiyası üzrə əmək mühafizəsi, texniki təhlükəsizlik və sənədləşmə işləri icra olunacaq.
Vəzifə öhdəlikləri
İşə başlamazdan əvvəl əmək mühafizəsi və texniki təhlükəsizlik üzrə gündəlik təlimatların keçirilməsinə nəzarət etmək, müvafiq sənədləri toplamaq və qeydiyyatını aparmaq;
Yeni işə qəbul edilən əməkdaşlara əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə ilkin təlimat keçmək, qeydiyyat jurnallarını aparmaq;
İstehsalat qəzaları zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsində və hadisələrin araşdırılmasında iştirak etmək;
Elektrik əl alətlərinin, yükqaldırma vasitələrinin, yanğınsöndürmə balonlarının və hidrantların texniki vəziyyətini yoxlamaq, müəyyən edilən uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsinə və təhlükəsizlik tələblərinə əməl etməsinə nəzarət etmək;
Təhlükəli sahələrin xəbərdarlıq nişanları ilə işarələnməsini, təmir zonalarının təhlükəsizlik lentləri ilə ayrılmasını və məlumat lövhələrinin yerləşdirilməsini təmin etmək;
Əmək mühafizəsi, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
İş yerlərində aşkar edilən təhlükəli vəziyyətləri və uyğunsuzluqları sənədləşdirmək, onların aradan qaldırılması üçün görülən tədbirləri izləmək;
Təhlükəsizlik qaydalarını pozan əməkdaşlarla bağlı xəbərdarlıq formalarını hazırlamaq;
Müəssisədə keçirilən SƏTƏM yürüşlərində iştirak etmək;
Zavodu ziyarət edən qonaqlara təhlükəsizlik təlimatı vermək və onları lazımi fərdi mühafizə vasitələri ilə təmin etmək;
Görülən işlər və müəyyən edilən uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Əmək mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarını bilmək;
Azərbaycan Respublikasının əmək mühafizəsi və ətraf mühitin qorunması sahəsində qanunvericiliyi barədə məlumatlı olmaq;
ISO 45001, ISO 14001 və digər müvafiq beynəlxalq standartlar haqqında biliklərə malik olmaq;
Müəssisədaxili intizam qaydalarını, prosedurları və formaları bilmək;
Rus, türk və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı.
İş şəraiti
İş qrafiki: 3 növbə;
İş yeri: Azertexnolayn MMC, Sumqayıt;
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Müraciət qaydası
Maraqlanan namizədlər müraciət düyməsində göstərilən elektron poçt ünvanına “SƏTƏM Məsləhətçi” başlığı ilə CV göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
