Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzTelco Group MMC

Dizayner

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Interyer və eksteryer dizayn həlləri üzrə peşəkar dizayner axtarılır. Vəzifə öhdəlikləri Layihələr üçün dizayn konsepsiyalarının hazırlanması; Sifarişçinin tələblərinə uyğun interyer və ya eksteryer dizayn həllərinin işlənməsi; Layihələr üzrə 2D və 3D dizayn, həmçinin vizuallaşdırmaların hazırlanması; Rəng, material, tekstura, işıqlandırma və digər dizayn elementlərinin seçilməsi; Dizayn həllərinin memarlıq və mühəndislik layihələri ilə uzlaşdırılması; Dizayn eskizlərinin, təqdimat materiallarının və digər vizual faylların hazırlanması; Sifarişçi ilə dizayn həllərinin müzakirəsi və təqdimatının aparılması; Sifarişçi və digər aidiyyəti tərəflərin rəylərinə əsasən dizayn həllərində düzəlişlərin edilməsi; Layihələr üzrə material və avadanlıqların təsdiqlənmiş dizayn konsepsiyasına uyğunluğunun yoxlanılması; Dizayn layihələrinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyət standartlarına uyğun tamamlanmasının təmin edilməsi; Daxili qaydalara, prosedurlara və etik davranış normalarına riayət edilməsi. Tələb olunan bilik və bacarıqlar Ali təhsil: Dizayn, interyer dizaynı, memarlıq və ya əlaqəli sahə üzrə; Bu sahədə minimum 3 il iş təcrübəsi; Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də peşəkar səviyyə; Azərbaycan dilində mükəmməl yazılı və şifahi bacarıq, ingilis dilində yaxşı səviyyə, rus dili arzuolunandır; AutoCAD, 3ds Max, SketchUp, Revit, Photoshop və ya digər uyğun dizayn proqramlarında işləmək bacarığı; Rəng, kompozisiya, material seçimi və məkan planlaşdırılması üzrə bilik; Güclü vizual və estetik düşüncə qabiliyyəti; Dizayn konsepsiyalarını vizual şəkildə effektiv təqdim etmək bacarığı. Təklif olunur Nahar təminatı; Mobil nömrə təminatı; Dinamik mühitdə işləmək və inkişaf etmək imkanı; Rahat və müasir iş mühiti, şəhərin mərkəzində ofis. Müraciət qaydası Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər. Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.