Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Fly INN Baku

Nəzarətçi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda nəzarətçi vakansiyası üçün diqqətli və məsuliyyətli namizəd axtarılır. Nəyi bilməlidir Azərbaycan, rus və ingilis dillərində ünsiyyət qurmağı; Kamera avadanlıqlarının iş prinsiplərini; Nəzarət buraxılış məntəqəsində yoxlama qaydalarını. Nəyi bacarmalıdır Yüksək mədəniyyət və ünsiyyət bacarığına sahib olmaq; Düzgün təhlil aparmaq və qərar vermək; Məsuliyyəti üzərinə götürmək və problemi həll etmək; Detallara diqqət yetirmək; Çevik davranmaq; Punktual olmaq. Xüsusi tələblər Səliqəli xarici görünüş; Yaş həddi: 23-35; Cinsi: qadın; Otellər sahəsində iş təcrübəsi arzuolunandır. Gözlənilən davranışlar Nizam-intizamlı olmaq; Stresə davamlı olmaq; Gülərüz və mehriban davranmaq; Komanda ilə işləmə bacarığına malik olmaq; Dəyişkən iş qrafikinə və 2 növbəli iş rejiminə uyğunlaşmaq; Səliqəli görünüşü qorumaq. İş şəraiti Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu; İş qrafiki: 2 növbəli; Əmək haqqı: müsahibə zamanı bildiriləcək; Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur; Azərbaycan Respublikası ƏM-ə uyğun sənədləşmə aparılır. Vəzifə öhdəlikləri Nəzarət buraxılış məntəqəsində gələn əməkdaşların və visitorların yoxlanılması; Visitorların qeydiyyatının aparılması; Mehmanxanaya daxil olan və çıxarılan əşyaların sənədləşməsinə nəzarət etmək; Müəyyən olunmuş ərazilərdə nəzarət işi aparmaq; Yanğın risklərinə, təhlükəli iş yerlərinə və mümkün təhlükəli situasiyalara diqqətli yanaşmaq; Yeni növbə başlamazdan 15 dəqiqə əvvəl hesabat vermək; İş qrafiki və standartlara əməl olunduğunu yoxlamaq üçün qeydiyyatları mütəmadi izləmək; Əmlakın, əməkdaşların qorunması və təhlükəsizliyinə görə məsuliyyət daşımaq. Qeyd olunan tələblərə uyğun namizədlər CV-ni elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Nəzarətçi” yazmalıdırlar və müraciət CV Müraciət et düyməsində göstərilən ünvana edilməlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.