Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ADA University

Təmizlikçi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda təmizlik xidməti əməkdaşı axtarılır. Gündəlik vəzifələr Gündəlik təmizlik işlərini yerinə yetirmək; Tədbirlərdən sonra ərazidə səliqə-sahman yaratmaq; Müəyyən edilmiş sahələrdə binaların çöl şüşələrini yumaq; Binaların daxilində yerləşən ofislərdə xalça və yumşaq mebelləri (divan, kreslo və s.) xüsusi texniki avadanlıq və təmizləyici vasitələrlə yumaq; Yuyucu və dezinfeksiyaedici maddələrin konsentrasiyası və təhlükəsiz istifadə qaydalarına riayət etmək; Təmizlik avadanlıqlarından düzgün və səliqəli şəkildə istifadə etmək; İş prosesi zamanı ortaya çıxan digər gündəlik tapşırıqları icra etmək; Birbaşa rəhbərin verdiyi digər aidiyyəti işləri yerinə yetirmək. Zəruri tələblər Punktual, səliqəli, məsuliyyətli və intizamlı olmaq; Məxfiliyi qorumaq bacarığına sahib olmaq; Komandada işləmək və mehriban davranış nümayiş etdirmək; Fiziki işə uyğun olmaq və tapşırıqları yerinə yetirmək; Arzuolunan yaş aralığı 20-35; Mərmər və digər döşəmə səthlərini uyğun texniki avadanlıq və kimyəvi vasitələrlə işləyə bilmək; Müvafiq sahədə real iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Qeyd Elan edilən vakansiya bəy namizədlər üçün nəzərdə tutulub. Müraciət qaydası Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.