Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

İnşaatçı-Neftçi MMC

Ekskavator operatoru

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Ekskavator operatoru vakansiyası üçün təcrübəli və məsuliyyətli namizədlər axtarır. İş şəraiti İş yeri: Bakı şəhəri Əməkhaqqı: 1200-1400 AZN İş qrafiki: 6 günlük iş həftəsi İş barədə məlumat Tikinti sektorunda fəaliyyət göstərən, ekskavator idarəetməsi üzrə təcrübəsi olan və məsuliyyətli namizədlər işə dəvət olunur. Namizədə tələblər Ekskavatorun təyinatına uyğun şəkildə düzgün və təhlükəsiz idarə edilməsi; Qazıntı işlərinin, torpaq işlərinin, xəndək qazıntısının və torpağın yüklənməsinin yerinə yetirilməsi; Tikinti sahəsində verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrası; İşə başlamazdan əvvəl texnikanın texniki vəziyyətinin yoxlanılması; Ekskavatorun gündəlik texniki baxışının aparılması və aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi; Texnikanın istismar qaydalarına və təhlükəsizlik normalarına riayət edilməsi; İş prosesində yanacaq sərfiyyatına və texnikadan düzgün istifadəyə nəzarət edilməsi; İş sahəsində digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərilməsi; İş yerinin və texnikanın səliqəli saxlanılması; Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqların icrası; Ekskavator idarəetməsi üzrə iş təcrübəsinin olması; Müvafiq texnikanı təhlükəsiz və düzgün idarə etmək bacarığı; Texnikanın texniki vəziyyətinə diqqətlə yanaşmaq; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.