Vakansiya haqqında
Xarici satınalma və tender mütəxəssisi vakansiyası üzrə müraciətlər qəbul olunur.
Namizədə olan tələblər
Ali təhsil;
Satınalma və tender sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq, rus və ingilis dillərini yüksək səviyyədə bilmə;
İncoterms qaydaları barədə biliklər;
Elektron hökumət portalı ilə işləmə bacarığı;
Ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
Bazar araşdırması aparmaq bacarığı.
Vəzifə öhdəlikləri
Bazarın təhlil edilməsi, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının formalaşdırılması və qiymətləndirilməsi;
Satınalma sifarişlərinin idarə olunması, o cümlədən sifarişin təhlili, yerləşdirilməsi, izlənməsi, hesabatlandırılması və bağlanması;
Daxili prosedurlara uyğun satınalmanın təşkili, son istifadəçi sorğuları əsasında mal-materialların şirkət və qrup qaydalarına uyğun, vaxtında və sərfəli şəkildə alınması;
Sifarişçi və ya son istifadəçi ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq, mütəmadi görüşlərin keçirilməsi və xərclərin optimallaşdırılması üçün alternativlərin müzakirəsi;
Təkliflər sorğusunun (RFP) və məlumat sorğusunun (RFI) hazırlanması, təchizatçılara göndərilməsi, təkliflərin toplanması, dəqiqləşdirmələrin və danışıqların aparılması, zərurət olduqda daxili müştərilərin iştirakı ilə görüşlərin təşkili;
Ən uyğun təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
Sifarişlərin dəqiqlik, termin və texniki şərtlər baxımından yoxlanılması;
Dövlət və kommersiya qurumları tərəfindən elan edilən, şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin müəyyən edilməsi;
Tenderin Əsas Şərtlər Toplusunun araşdırılması, şirkətin tələblərə uyğunluğunun ilkin qiymətləndirilməsi, iştirak imkanlarının təhlili və rəhbərliyə məlumat verilməsi;
Tələb olunan sənədlərin və məlumatların aidiyyəti şöbələrdən toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender sənədlərinin hazırlanması üçün struktur bölmələrlə koordinasiyanın təmin olunması;
Tender sənədlərinin təhlili zamanı yaranan suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
Tender təklifinin hazırlanması və təqdimatdan sonrakı qiymətləndirmə dövründə Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara vaxtında və düzgün cavab verilməsinin təmin edilməsi;
Tender prosesi zamanı şirkətin təmsil olunması;
Tender proseslərinin gedişi və nəticələri üzrə aylıq və illik hesabatların hazırlanması;
Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən edilməsi və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.
İş şərtlərimiz
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: tam iş günü, 5 gün;
İş saatları: 08:30-17:30;
İş yeri: Bakı, Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı;
Servis xidməti.
Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Xarici Satınalma və Tender Mütəxəssisi” qeyd etməklə Müraciət et bölməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
