Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

iSchool

Sosial media marketinq (SMM) mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Komandamıza Sosial Media Marketinq (SMM) mütəxəssisi axtarılır. Əsas tələblər Marketinq və ya ona yaxın sahə üzrə ali təhsil; Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi; Bu sahə üzrə portfolio; İşinə həvəsli, məsuliyyətli və yeniliklərə açıq olmaq. İş şərtləri İş günləri: 1-6-cı günlər, bazar günü istirahət; Tam iş rejimi; Minimum əmək haqqı: 700 AZN. Vəzifə öhdəlikləri Aylıq post planının hazırlanması və kontentlərin, o cümlədən mətn, foto və video materialların hazırlanması; Şirkətin sosial media hesablarının, o cümlədən Instagram və Facebook səhifələrinin idarə olunması və nəzarətdə saxlanılması; Dizayner tərəfindən hazırlanan postların təhlil edilməsi və onlara uyğun post mətni yazılması, gündəlik paylaşımların həyata keçirilməsi; Sosial şəbəkələrdə daxil olan müraciət və sorğuların şirkət adından korporativ dəyərlərə uyğun cavablandırılması; Hazırlanan materiallara əsasən şirkətin marketinq strategiyasına uyğun video çəkilişlərinin aparılması və montaj edilməsi; Görülən işlər üzrə aidiyyəti rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim edilməsi; Saytla bağlı ümumi işlərin, o cümlədən dizaynların hazırlanması və admin-panelin idarə olunması; Şirkətin sosial media hesablarında hekayə bölməsi üçün sadə dizaynların hazırlanması; Kampaniya, tədbir və xüsusi layihələr üzrə sosial media kontentlərinin hazırlanması və koordinasiyası. Bizimlə çalışmağın üstünlükləri Fərdi və komanda şəklində inkişaf imkanı; Əməkdaşlar üçün təlimlərin təşkili; Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz yararlanmaq hüququ. Qeyd: Rus dili biliyi olan namizədlərə üstünlük verilir. Uyğun namizədlər CV-lərini və ya müraciət anketini müvafiq başlıq adı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.